Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq. Qərb ölkələrinin liderləri İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80 ill
Halbuki, Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı mərasimə dəvət etmişdi.
Ağ Ev sahibi mərasimdə iştirak etmək əvəzinə Çində keçirilən hərbi paradı ölkəsinə qarşı güc nümayişi kimi qiymətləndirib.
Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.O qeyd edib ki, Pekindəki hərbi paraddan narazı qalan ölkələr arasında Yaponiya da olub:"Yaponiyanın baş naziri və digər rəsmilər hərbi parad barədə açıqlamalar verməsələr də, “Kiodo” agentliyi adı çəkilməyən rəsmilərdən birinə istinadən yayımladığı xəbərdə hərbi paradı “qlobal bölünmə simvolu” kimi dəyərləndirib.
Mənbənin sözlərinə görə, Çin və Rusiya dünya nizamına başçılıq etmək istəyirlər. Mənbənin sözlərində haqlılıq payı var.
Moskva və Pekin “soyuq müharibədən” sonra ABŞ-ın simasında formalaşan birqütblü dünyaya son qoymaq istəyirlər.
Buna görə də Pekin və Moskva Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-in sıralarını genişləndirməyə və üzv ölkələr arasında bağlılığı gücləndirməyə çalışırlar.
Doğrudur, Moskva və Pekin bu istəklərini asanlıqla həyata keçirə bilmirlər.