Icma.az
close
up
RU
Çin sammitinin yekunları: qlobal parçalanma Bu ölkələr narazıdır

Çin sammitinin yekunları: qlobal parçalanma Bu ölkələr narazıdır

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Qərb ölkələrinin liderləri İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80 illiyi münasibətilə Pekində sentyabrın 3-də keçirilən hərbi paradda iştirak etmədilər. Halbuki, Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı mərasimə dəvət etmişdi. Ağ Ev sahibi mərasimdə iştirak etmək əvəzinə Çində keçirilən hərbi paradı ölkəsinə qarşı güc nümayişi kimi qiymətləndirib.

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.


O qeyd edib ki, Pekindəki hərbi paraddan narazı qalan ölkələr arasında Yaponiya da olub:

"Yaponiyanın baş naziri və digər rəsmilər hərbi parad barədə açıqlamalar verməsələr də, “Kiodo” agentliyi adı çəkilməyən rəsmilərdən birinə istinadən yayımladığı xəbərdə hərbi paradı “qlobal bölünmə simvolu” kimi dəyərləndirib. Mənbənin sözlərinə görə, Çin və Rusiya dünya nizamına başçılıq etmək istəyirlər.

Mənbənin sözlərində haqlılıq payı var. Moskva və Pekin “soyuq müharibədən” sonra ABŞ-ın simasında formalaşan birqütblü dünyaya son qoymaq istəyirlər. Buna görə də Pekin və Moskva Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-in sıralarını genişləndirməyə və üzv ölkələr arasında bağlılığı gücləndirməyə çalışırlar. Doğrudur, Moskva və Pekin bu istəklərini asanlıqla həyata keçirə bilmirlər. Çünki, bir qsim ölkə Rusiya və Çinin formalaşdırdığı təşkilatlarda yer alsalar da, onlar Qərb ölkələri ilə əməkdaşlıqdan imtina etmək istəmirlər. Misal üçün, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının üzvlüyünə marağı olsa da, bu sırf iqtisadi və ticarət maraqları ilə əlaqəlidir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Azərbaycanın nəqliyyat imkanlarından istifadəsinə çalışır. Azərbaycanın Rusiya və Çinin anti-Qərb blokunda yer almaq istəyi yoxdur. Mərkəzi Asiya ölkələri də Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri olsalar da, ABŞ və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsində maraqlıdırlar. Mərkəzi Asiya ölkələrinin Moskvanın və ya Pekinin diktəsini qəbul etmək fikirləri yoxdur. Hər halda Moskva və Pekin tərəfdaşlarının saylarını artırmaq planlarından imtina etmirlər. Moskva və Pekin ABŞ Prezidenti Donald Trampın “rüsumartırma” siyasətindən də məharətlə istifadə etməyə çalışırlar. Trampın rüsum siyasətindən narazı qalan bir sıra ölkə ABŞ-dan uzaq Çinlə tərəfdaşlığa üstünlük verməyə başlayıb".

E.Şahinoğlu qeyd edib ki, buna baxmayaraq, Çinin siyasətindən ehtiyat edən ölkələr də az deyil:

"ABŞ və Yaponiya ilə yanaşı Avstraliya da Pekindənki hərbi paraddan narahat olub. İş o yerə çatıb ki, Avstraliya hökuməti paytaxt Kanberranın böyük konsert salonlarından birində Çin səfirliyinin Yaponiyanın İkinci Dünya Müharibəsində məğlubiyyətinin 80-ci ildönümünü keçirməyə icazə verməyib. Halbuki, tədbirlə bağlı əvvəlcədən razılaşma olub. Ancaq Avstraliya hökuməti son anda razılaşmadan imtina edib və tədbir səfirlik binasında keçirilib. Maraqlıdır ki, Avstraliyanın Çindəki səfiri də Pekində keçirilən hərbi paradda iştirakdan yayınaraq yerinə başqa diplomatı göndərib".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri