“Çin səfəri Azərbaycanın xarici siyasətində yeni mərhələ açdı” Millət vəkili | Icma.az
Icma.az, Metbuat saytına istinadən bildirir. “Prezident İlham Əliyevin Vaşinqton sammitindən sonra Çin Xalq Respublikasının Tiencin şəhərinə
Bu səfər, ölkəmizin həm Qərb, həm də Şərq istiqamətində diplomatik balansı uğurla qoruduğunu göstərir”.
Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkili hesab edir ki, bu, Azərbaycanın Avrasiya məkanında tranzit və iqtisadi mərkəz rolunu möhkəmləndirəcək: “Tiencində aparılan görüşlərdə Azərbaycan–Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi, qarşılıqlı ticarət və investisiya sahəsində mühüm sazişlər imzalandı.
Xüsusilə Orta Dəhliz, enerji, rəqəmsal texnologiya və yaşıl enerji layihələrində əməkdaşlığın genişləndirilməsi razılaşdırıldı.
Çin, Azərbaycanın regional təşkilatlarda daha fəal iştirakına dəstək verərkən, Vaşinqtonda əldə olunan razılaşmalarla birlikdə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirdi.
Səfər çərçivəsində Türkiyə və Pakistan liderləri ilə görüşlər də əməkdaşlığın yeni istiqamətlərini açdı”.
Aydın Hüseynov qeyd edib ki, Əliyevin ardıcıl diplomatik təşəbbüsləri Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir və ölkəmizin regional sabitlikdə əsas oyunçu rolunu gücləndirir.Gülbəniz Hüseynli / Metbuat.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu