“Çin səfəri Azərbaycanın xarici siyasətində yeni mərhələ açdı” Millət vəkili
Icma.az, Metbuat saytına istinadən bildirir.
“Prezident İlham Əliyevin Vaşinqton sammitindən sonra Çin Xalq Respublikasının Tiencin şəhərinə səfəri Azərbaycanın xarici siyasətində yeni bir mərhələ açdı. Bu səfər, ölkəmizin həm Qərb, həm də Şərq istiqamətində diplomatik balansı uğurla qoruduğunu göstərir”.
Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili hesab edir ki, bu, Azərbaycanın Avrasiya məkanında tranzit və iqtisadi mərkəz rolunu möhkəmləndirəcək:
“Tiencində aparılan görüşlərdə Azərbaycan–Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi, qarşılıqlı ticarət və investisiya sahəsində mühüm sazişlər imzalandı. Xüsusilə Orta Dəhliz, enerji, rəqəmsal texnologiya və yaşıl enerji layihələrində əməkdaşlığın genişləndirilməsi razılaşdırıldı.
Çin, Azərbaycanın regional təşkilatlarda daha fəal iştirakına dəstək verərkən, Vaşinqtonda əldə olunan razılaşmalarla birlikdə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirdi. Səfər çərçivəsində Türkiyə və Pakistan liderləri ilə görüşlər də əməkdaşlığın yeni istiqamətlərini açdı”.
Aydın Hüseynov qeyd edib ki, Əliyevin ardıcıl diplomatik təşəbbüsləri Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir və ölkəmizin regional sabitlikdə əsas oyunçu rolunu gücləndirir.
Gülbəniz Hüseynli / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Sentyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















