Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Çin və ABŞ hərbçiləri böhran vəziyyətlərinin qarşısının alınması və kommunikasiya əlaqələrinin gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalamağa hazırlaşırlar.
Doğru.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, Pekin və Vaşinqton Çin Prezidenti Si Cinpinin Nyu-Yorka səfərindən sonra belə bir razılığa gəliblər. Tərəflər hərbi əlaqələrin gücləndirilməsi və mümkün böhranların qarşısının alınması üçün memorandumun ən qısa müddətdə imzalanması barədə razılaşıblar.
Si Cinpinin səfərindən sonra ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və ABŞ arasında silahlara nəzarət üzrə danışıqların keçirilməsi ideyasını dəstəklədiyini açıqlayıb.
Tramp həmçinin Si Cinpinlə görüşünü hər iki ölkə üçün çox məhsuldar adlandırıb.
DOĞRU.AZ