Çin və ABŞ hərbçiləri böhranların qarşısının alınması üçün memorandum imzalayacaq
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Çin və ABŞ hərbçiləri böhran vəziyyətlərinin qarşısının alınması və kommunikasiya əlaqələrinin gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalamağa hazırlaşırlar.
Doğru.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, Pekin və Vaşinqton Çin Prezidenti Si Cinpinin Nyu-Yorka səfərindən sonra belə bir razılığa gəliblər. Tərəflər hərbi əlaqələrin gücləndirilməsi və mümkün böhranların qarşısının alınması üçün memorandumun ən qısa müddətdə imzalanması barədə razılaşıblar.
Si Cinpinin səfərindən sonra ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və ABŞ arasında silahlara nəzarət üzrə danışıqların keçirilməsi ideyasını dəstəklədiyini açıqlayıb.
Tramp həmçinin Si Cinpinlə görüşünü hər iki ölkə üçün çox məhsuldar adlandırıb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 26 Sentyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















