Çin və Kanada tarif güzəştlərini genişləndiriblər

17.11.2026

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Çin və Kanada arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində yeni razılaşma əldə olunub. Sazişə əsasən, Çin illik ixrac dəyəri 400 milyon Kanada dolları olan əlavə Kanada kənd təsərrüfatı və balıqçılıq məhsullarını tarif endirimi proqramına daxil edəcək. Kanada isə bəzi Çin polad və alüminium məhsullarına tətbiq olunan tarif güzəştlərini genişləndirəcək.

Banco.az xəbər verir ki, razılaşma Çin prezidenti Si Cinpin və Kanadanın baş naziri Mark Karni arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitindən əvvəl Şençjendə keçirilən görüş zamanı elan edilib.

Yeni razılaşma iki ölkə arasında cari ilin yanvar ayında əldə olunmuş ticarət razılaşmasının davamı və genişləndirilməsi kimi qiymətləndirilir. Razılaşmaya əsasən, tarif güzəştləri ən azı 2028-ci ilin sonunadək qüvvədə qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью