Çin və Kanada tarif güzəştlərini genişləndiriblər
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Çin və Kanada arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində yeni razılaşma əldə olunub. Sazişə əsasən, Çin illik ixrac dəyəri 400 milyon Kanada dolları olan əlavə Kanada kənd təsərrüfatı və balıqçılıq məhsullarını tarif endirimi proqramına daxil edəcək. Kanada isə bəzi Çin polad və alüminium məhsullarına tətbiq olunan tarif güzəştlərini genişləndirəcək.
Banco.az xəbər verir ki, razılaşma Çin prezidenti Si Cinpin və Kanadanın baş naziri Mark Karni arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitindən əvvəl Şençjendə keçirilən görüş zamanı elan edilib.
Yeni razılaşma iki ölkə arasında cari ilin yanvar ayında əldə olunmuş ticarət razılaşmasının davamı və genişləndirilməsi kimi qiymətləndirilir. Razılaşmaya əsasən, tarif güzəştləri ən azı 2028-ci ilin sonunadək qüvvədə qalacaq.
Baxış sayı:92
Bu xəbər 17 Noyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















