Çin və Rusiya yeni dünya nizamı qurma yolunda: Ağ Ev narahatdır... | Icma.az
Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qərb ölkələrinin liderləri İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80 illiyi münasibətilə Pekində sentyabrın 3-də keçirilən hərbi paradda iştirak etmədilər.
Halbuki, Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı mərasimə dəvət etmişdi.
Ağ Ev sahibi mərasimdə iştirak etmək əvəzinə Çində keçirilən hərbi paradı ölkəsinə qarşı güc nümayişi kimi qiymətləndirib.
Pekindəki hərbi paraddan narazı qalan ölkələr arasında Yaponiya da var.
Yaponiyanın baş naziri və digər rəsmilər hərbi parad barədə açıqlama verməsələr də, “Kiodo” agentliyi adı çəkilməyən rəsmilərdən birinə istinadən yayımladığı xəbərdə hərbi paradı “qlobal bölünmə simvolu” kimi dəyərləndirib.
Mənbənin sözlərinə görə, Çin və Rusiya dünya nizamına başçılıq etmək istəyirlər. Mənbənin sözlərində haqlılıq payı var.
Moskva və Pekin “soyuq müharibədən” sonra ABŞ-ın simasında formalaşan birqütblü dünyaya son qoymaq istəyirlər.
Tam oxu
Xəbəri oxu