Icma.az
close
up
RU
Çin və Rusiya yeni dünya nizamı qurma yolunda: Ağ Ev narahatdır...

Çin və Rusiya yeni dünya nizamı qurma yolunda: Ağ Ev narahatdır...

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərb ölkələrinin liderləri İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80 illiyi münasibətilə Pekində sentyabrın 3-də keçirilən hərbi paradda iştirak etmədilər. Halbuki, Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı mərasimə dəvət etmişdi. Ağ Ev sahibi mərasimdə iştirak etmək əvəzinə Çində keçirilən hərbi paradı ölkəsinə qarşı güc nümayişi kimi qiymətləndirib.

Pekindəki hərbi paraddan narazı qalan ölkələr arasında Yaponiya da var. Yaponiyanın baş naziri və digər rəsmilər hərbi parad barədə açıqlama verməsələr də, “Kiodo” agentliyi adı çəkilməyən rəsmilərdən birinə istinadən yayımladığı xəbərdə hərbi paradı “qlobal bölünmə simvolu” kimi dəyərləndirib. Mənbənin sözlərinə görə, Çin və Rusiya dünya nizamına başçılıq etmək istəyirlər.

Mənbənin sözlərində haqlılıq payı var. Moskva və Pekin “soyuq müharibədən” sonra ABŞ-ın simasında formalaşan birqütblü dünyaya son qoymaq istəyirlər. Buna görə də Pekin və Moskva Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-in sıralarını genişləndirməyə və üzv ölkələr arasında bağlılığı gücləndirməyə çalışırlar. Doğrudur, Moskva və Pekin bu istəklərini asanlıqla həyata keçirə bilmirlər. Çünki, bir qisim ölkə Rusiya və Çinin formalaşdırdığı təşkilatlarda yer alsalar da, onlar Qərb ölkələri ilə əməkdaşlıqdan imtina etmək istəmirlər. Misal üçün Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının üzvlüyünə marağı olsa da, bu sırf iqtisadi və ticarət maraqları ilə əlaqəlidir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Azərbaycanın nəqliyyat imkanlarından istifadəsinə çalışır. Azərbaycanın Rusiya və Çinin anti-Qərb blokunda yer almaq istəyi yoxdur. Mərkəzi Asiya ölkələri də Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri olsalar da, ABŞ və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsində maraqlıdırlar. Mərkəzi Asiya ölkələrinin Moskvanın və ya Pekinin diktəsini qəbul etmək fikirləri yoxdur. Hər halda Moskva və Pekin tərəfdaşlarının saylarını artırmaq planlarından imtina etmirlər. Moskva və Pekin ABŞ Prezidenti Donald Trampın “rüsumartırma” siyasətindən də məharətlə istifadə etməyə çalışırlar. Trampın rüsum siyasətindən narazı qalan bir sıra ölkə ABŞ-dan uzaqlaşaraq Çinlə tərəfdaşlığa üstünlük verməyə başlayıb.

Buna baxmayaraq, Çinin siyasətindən ehtiyat edən ölkələr də az deyil. ABŞ və Yaponiya ilə yanaşı Avstraliya da Pekindənki hərbi paraddan narahat olub. İş o yerə çatıb ki, Avstraliya hökuməti paytaxt Kanberranın böyük konsert salonlarından birində Çin səfirliyinin Yaponiyanın İkinci Dünya Müharibəsində məğlubiyyətinin 80-ci ildönümünü keçirməyə icazə verməyib. Halbuki, tədbirlə bağlı əvvəlcədən razılaşma olub. Ancaq Avstraliya hökuməti son anda razılaşmadan imtina edib və tədbir səfirlik binasında keçirilib. Maraqlıdır ki, Avstraliyanın Çindəki səfiri də Pekində keçirilən hərbi paradda iştirakdan yayınaraq yerinə başqa diplomatı göndərib.

Politoloq Elxan Şahinoğlu,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sitat.info
archiveBu xəbər 05 Sentyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri