Icma.az, Xalq qazeti saytına istinadən bildirir. USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılmış tə
Məsələnin pərdəarxası məqamları, əslində, başqa idi. Bu qurum yardım adı altında mümkün olan bütün çirkinliyə əl atmağa nail oldu.
Müxtəlif dövlətlərin daxili işlərinə, xarici siyasətinə qarışmaq, vətəndaş qarşıdurması, qeyri-sabit mühit yaratmaq, onları çevriliş və xaos təhlükəsi ilə üz-üzə qoymaq və s.
Daxili əməl və niyyətini ötr-basdır etməsi üçün müxtəlif regionlarda layihələr gerçəkləşdirməsi də ona qeyri-qanuni əməllərini gizləmək üçün lazım olurdu.
USAID-in Ermənistana göstərdiyi xüsusi rəğbət, bu ölkəyə dəfələrlə maliyyə yardımları ayırması, buna əks olaraq isə Azərbaycana qarşı sərgilədiyi radikal mövqe, əsassız iddialarla çıxış etməsi, hay havadarlığından nəşət tapmış mövqeyin göstəricisi kimi ancaq təəssüf doğura bilərdi.
Bu mənada, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin hər məsələdə olduğu kimi, burada da qətiyyətli mövqeyi, ayıq-sayıq davranışı bu gün həm də uzaqgörən bir siyasətin çalarları kimi təqdir olunmalıdır.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması ilin başlanğıcı üçün sevindirici xəbər sayıla bilər.
Sevinmək amilini öz ölkəmiz, Azərbaycana münasibətlə bağlı səsləndirmirəm.