Icma.az
close
up
RU
“Cinayətkarlar yuvası” dağılmalı idi... Dağıldı

“Cinayətkarlar yuvası” dağılmalı idi... Dağıldı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılmış təşkilat kimi yaradılsa da, bunu yalnız zahiri forma adlandırmaq olardı. Məsələnin pərdəarxası məqamları, əslində, başqa idi. Bu qurum yardım adı altında mümkün olan bütün çirkinliyə əl atmağa nail oldu. Müxtəlif dövlətlərin daxili işlərinə, xarici siyasətinə qarışmaq, vətəndaş qarşıdurması, qeyri-sabit mühit yaratmaq, onları çevriliş və xaos təhlükəsi ilə üz-üzə qoymaq və s. 
Daxili əməl və niyyətini ötr-basdır etməsi üçün müxtəlif regionlarda layihələr gerçəkləşdirməsi də ona qeyri-qanuni əməllərini gizləmək üçün lazım olurdu. USAID-in Ermənistana göstərdiyi xüsusi rəğbət, bu ölkəyə dəfələrlə maliyyə yardımları ayırması, buna əks olaraq isə Azərbaycana qarşı sərgilədiyi radikal mövqe, əsassız iddialarla çıxış etməsi, hay havadarlığından nəşət tapmış mövqeyin göstəricisi kimi ancaq təəssüf doğura bilərdi. Bu mənada, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin hər məsələdə olduğu kimi, burada da qətiyyətli mövqeyi, ayıq-sayıq davranışı bu gün həm də uzaqgörən bir siyasətin çalarları kimi təqdir olunmalıdır. 
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması ilin başlanğıcı üçün sevindirici xəbər sayıla bilər. Sevinmək amilini öz ölkəmiz, Azərbaycana münasibətlə bağlı səsləndirmirəm. Onsuz da Azərbaycan ötən ilin fevralından USAID ilə müqavilənin müddətini uzatmağı mənasız saymış, ondan imtina etmişdir. Bunu daha qlobal mənada, uğur adlandırmaq mümkündür. Çünki USAID-in səpdiyi şər toxumlarının arealı böyükdür, yaratdığı xaos və disharmoniya xalqlar, ölkələr arasında nifaq, təfriqə yaratmağa hesablanmış əməl göstəriciləridir. Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenarilərində USAID-in oynadığı rol yaxın və çağdaş tariximizin məşum səhifələrindəndir. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin USAID-in illik büdcəsinin 50-60 milyard dollar olan şəbəkəyə çevrildiyini təsadüfən söyləməyib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bu qurumun öz maliyyəsindən ancaq digər ölkələrdə təfriqə və xaos yaratmaq üçün istifadə etdiyini vurğulayıb. İlon Mask USAID-i “məhvə məhkum qurum” və “cinayətkarlar yuvası” adlandırıb.
Bu gün bu təşkilata qarşı səslənən əsaslı ittihamlara nəzər yetirmək kifayətdir ki, hansı əməllərin daşıyıcısı olduğu görünsün: bioloji silahların hazırlanmasını maliyyələşdirmək, Əfqanıstanda narkotik məhsulların istehsalını maliyyələşdirmək, ciddi korrupsiyaya yol vermək, xalqların ənənəvi dəyərlərinə qarşı dağıdıcılıq faktoru, qəsbkar ölkələrin maliyyəsinə dəstək... və sair və ilaxır. Amma hər şeyin, xüsusilə şərin sonu mütləq gəlir. Artıq ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib, Ağ ev təşkilatı maliyyələşdirməkdən imtina edib. 
Buna bir az da ilahi ədalət prizmasından baxmalıyıq. İllərlə Azərbaycanın haqq davasına qarşı tutduğu əks – mövqe, düşmən ölkənin militarizasiyasına verdiyi dəstək, ölkəmizin dəyərlərinə, suverenliyinə etinasizlıq və s. hər biri bu qurumun əsl mahiyyətini göstərmək üçün yetərli amillərdir. USAID-in təhlükəli və dağıdıcı siyasətinin sonu mütləq gəlməli idi. Gəldi. Hazırda təşkilat yenidən qurulma prosesindədir. Ümid edirik ki, yenidən formalaşdırılacaq USAID olanlardan nəticə çıxarmağı bacaracaq, başqa xalqların dəyərlərinə, milli maraqlarına rəğbətlə yanaşmağa çalışacaqdır.

Elnarə AKİMOVA, 
Milli Məclisin deputatı,
filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri