Çində restoranda yanğın 6 ölü, 3 yaralı

03.09.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Çinin Hainan əyalətinin paytaxtı Haikou şəhərində təmir işləri aparılan restoranda yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Haikou Yanğınsöndürmə və Xilasetmə Bürosu açıqlama yayıb.

Məlumata görə, yanğın Xiuyinq küçəsində təmir işləri aparılan restoranda olub. Dərhal hadisə yerinə göndərilən qruplar yanğını qısa müddətdə söndürüblər.

Axtarış-xilasetmə əməliyyatlarından sonra hadisədə 6 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı müəyyən edilib.

Büro rəsmiləri yaralıların vəziyyətinin sabit olduğunu və yanğının səbəbləri ilə bağlı araşdırma aparıldığını bildiriblər.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью