Çində restoranda yanğın 6 ölü, 3 yaralı
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Çinin Hainan əyalətinin paytaxtı Haikou şəhərində təmir işləri aparılan restoranda yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Haikou Yanğınsöndürmə və Xilasetmə Bürosu açıqlama yayıb.
Məlumata görə, yanğın Xiuyinq küçəsində təmir işləri aparılan restoranda olub. Dərhal hadisə yerinə göndərilən qruplar yanğını qısa müddətdə söndürüblər.
Axtarış-xilasetmə əməliyyatlarından sonra hadisədə 6 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı müəyyən edilib.
Büro rəsmiləri yaralıların vəziyyətinin sabit olduğunu və yanğının səbəbləri ilə bağlı araşdırma aparıldığını bildiriblər.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:Çində marketdə güclü yanğın: 8 ölü, 15 yaralı
04 Yanvar 2025 18:20
Çində yanğınsöndürənlər qəzaya düşdü 6 ölü
20 Fevral 2026 14:39
Çində faciə: 21 ölü, 61 yaralı
05 May 2026 11:13
Çində daşqınlar: 10 ölü, 23 yaralı
26 İyul 2026 18:29
Restoranda DƏHŞƏTLİ YANĞIN 22 ölü, 3 yaralı
29 Aprel 2025 21:01
Baxış sayı:69
Bu xəbər 03 Sentyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















