Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Pekində keçirilən hərbi paradın onun üçün “uyğun olmadığını” bildirib.
O, Ağ Evdə jurnalistlərin sualına cavabında “heç vaxt gedəcəyimi düşünməmişdim” deyə vurğulayıb. Trampın belə deməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayevin sözlərinə görə, aydın məsələdir ki, Çin İkinci Dünya müharibəsinin nəticələrinə görə parad keçirdiyini desə də, əslində bu, dünyaya güc nümayişi idi: "Məqsəd Rusiya, Şimali Koreya və digər ölkələrin Çinin yanında olması mesajını vermək idi.
Əks halda, parad qəribə görünərdi, çünki Çin faktiki olaraq II Dünya müharibəsində məğlub olmuş ölkədir və həmin dövrdə Yaponiya işğalı altındaydı.
ABŞ isə Yaponiyanı atom bombalarının tətbiqi ilə sülhə məcbur etmişdi.
Beləliklə, "Çin hansı qələbə ilə parad keçirə bilərdi" sualı yaranır".
Politoloq əlavə etdi ki, parad zamanı Çin bütün dronlarını, müdafiə texnikalarını, hava idarəetmə sistemlərini, raketlərini nümayiş etdirərək potensialını göstərdi və faktiki olaraq özünü ikinci qütb kimi təqdim etmək istədi.