Icma.az
close
up
RU
Çindəki paradın məqsədi ABŞ nin hegemonluğuna qarşı mesaj vermək idi AÇIQLAMA

Çindəki paradın məqsədi ABŞ nin hegemonluğuna qarşı mesaj vermək idi AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Pekində keçirilən hərbi paradın onun üçün “uyğun olmadığını” bildirib. O, Ağ Evdə jurnalistlərin sualına cavabında “heç vaxt gedəcəyimi düşünməmişdim” deyə vurğulayıb. 

Trampın belə deməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayevin sözlərinə görə, aydın məsələdir ki, Çin İkinci Dünya müharibəsinin nəticələrinə görə parad keçirdiyini desə də, əslində bu, dünyaya güc nümayişi idi:

"Məqsəd Rusiya, Şimali Koreya və digər ölkələrin Çinin yanında olması mesajını vermək idi. Əks halda, parad qəribə görünərdi, çünki Çin faktiki olaraq II Dünya müharibəsində məğlub olmuş ölkədir və həmin dövrdə Yaponiya işğalı altındaydı. ABŞ isə Yaponiyanı atom bombalarının tətbiqi ilə sülhə məcbur etmişdi. Beləliklə, "Çin hansı qələbə ilə parad keçirə bilərdi" sualı yaranır".

Politoloq əlavə etdi ki, parad zamanı Çin bütün dronlarını, müdafiə texnikalarını, hava idarəetmə sistemlərini, raketlərini nümayiş etdirərək potensialını göstərdi və faktiki olaraq özünü ikinci qütb kimi təqdim etmək istədi. 

"Bu, Çinin Qərbdən çəkinmədiyini göstərirdi. Rusiya, Şimali Koreya və Hindistan kimi ölkələri ətrafına yığaraq psixoloji təsir göstərməyə çalışdı. Görünən odur ki, Avropa İttifaqı və ABŞ bunu ciddi qəbul etmədi. ABŞ və Avropa Çindən qorxmur. ABŞ Çinin ambisiyalarını daha yaxşı anladı və müşahidə edir ki, Rusiya və Çin bir-birindən ayrılmadıqca onlara güzəşt etmək ağır nəticələrə səbəb ola bilər. Bu səbəbdən gələcəkdə ABŞ Rusiyaya qarşı təzyiqləri artıra və ya Çinə qarşı tarif müharibəsindən əlavə siyasi, hətta hərbi müdaxiləyə qərar verə bilər. Tramp da açıq şəkildə paradda iştirak etmədi və bunu bildirdi. Çünki paradın məqsədi biz ABŞ-nin  hegemoniyasına qarşıyıq, ABŞ-nin qlobal dünya liderliyini tanımırıq demək idi. Çinin bu niyyətlə keçirdiyi paradda ABŞ-nin iştirakı qəribə olardı. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatı da ABŞ-nin qlobal liderliyinə, hegemoniyasına qarşı qurulub", - deyə Turab Rzayev vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Sentyabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri