Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pekinin İrəvandakı müvəqqəti işlər vəkili Min Çen bildirib ki, Çin Ermənistanın nüvə enerjisinin tikintisi və inkişafında fəal iştirak etməyə hazırdır.
Çen həmçinin vurğulayıb ki, Pekin Ermənistanı “Bir Kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində nəqliyyat layihələrinə daha fəal cəlb etmək niyyətindədir.
Bununla bağlı Ermənistanın “Sülh qovşağı” proqramı ilə sinxronizasiya imkanları nəzərdən keçirilir.
Turkustan.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Ermənistan hökuməti yeni atom elektrik stansiyasının (AES) tikintisi imkanını nəzərdən keçirir: “Çünki Rusiyanın “Rosatom” şirkətinin iştirakı ilə modernləşdirmə sayəsində ömrü uzadılan “Metsamor” AES-in istismar müddəti 2036-cı ildə başa çatacaq.
Mümkün enerji çatışmazlığını aradan qaldırmaq üçün yeni stansiyanın tikintisi bu müddətə qədər bitməlidir.
Çinin Ermənistanda AES-in tikintisində iştirakı narahatlıq üçün əsas verir.