Icma.az
close
up
RU
Çindən Ermənistan həmləsi: Zəngəzur dəhlizi açılmadan mümkün olmayacaq

Çindən Ermənistan həmləsi: Zəngəzur dəhlizi açılmadan mümkün olmayacaq

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pekinin İrəvandakı müvəqqəti işlər vəkili Min Çen bildirib ki, Çin Ermənistanın nüvə enerjisinin tikintisi və inkişafında fəal iştirak etməyə hazırdır. Çen həmçinin vurğulayıb ki, Pekin Ermənistanı “Bir Kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində nəqliyyat layihələrinə daha fəal cəlb etmək niyyətindədir. Bununla bağlı Ermənistanın “Sülh qovşağı” proqramı ilə sinxronizasiya imkanları nəzərdən keçirilir.

Turkustan.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Ermənistan hökuməti yeni atom elektrik stansiyasının (AES) tikintisi imkanını nəzərdən keçirir:

“Çünki Rusiyanın “Rosatom” şirkətinin iştirakı ilə modernləşdirmə sayəsində ömrü uzadılan “Metsamor” AES-in istismar müddəti 2036-cı ildə başa çatacaq. Mümkün enerji çatışmazlığını aradan qaldırmaq üçün yeni stansiyanın tikintisi bu müddətə qədər bitməlidir.

Çinin Ermənistanda AES-in tikintisində iştirakı narahatlıq üçün əsas verir. “Metsamor” bölgə üçün təhlükə mənbəyidir və bu stansiyanın regionu çirkləndirməsiylə bağlı faktlar var. Ermənistan hökumətinin yeni inşa etmək istədiyi stansiya bölgədəki ekoloji vəziyyətə daha böyük təhlükə yarada bilər.

Pekinin Ermənistanı “Bir Kəmər - Bir Yol” layihəsinə cəlb etmək istəyi də suallar yaradır. Birincisi, Ermənistanın bu layihəyə qoşulması üçün İrəvanın Bakı ilə sülh sazişi imzalaması vacibdir. Çünki sülh sazişi imzalanmadan Ermənistan regional layihələrdə, o cümlədən Orta dəhliz proyektində iştirakı mümkün deyil. Orta dəhliz Mərkəzi Asiya və Azərbaycandan keçir. İkincisi, Ermənistan Zəngəzur dəhlizinin reallaşdırılmasını əngəlləyir. Halbuki Ermənistanın Orta dəhlizə qoşulması yalnız Zəngəzur dəhlizi üzərindən mümkündür”.

Mərkəzin ekspertlərinin fikrincə, Pekin Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdırsa, Ermənistan hökumətinə təsir etməlidir:

“Avropa İttifaqı da Mərkəzi Asiya dövlətlərinin resurslarının Xəzər və Cənubi Qafqaz üzərindən nəqlində maraqlıdır. Bu barədə Avropa İttifaqı rəhbərliyi Mərkəzi Asiya ölkələrinin liderləri ilə aprelin 4-də Səmərqənddə keçirilən sammitində də vurğulanıb. Ancaq Pekin kimi Brüssel də, Zəngəzur dəhlizinin reallaşmasıyla bağlı İrəvanı tələsdirmirlər”. /Teleqraf/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Aprel 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri