Çindən Yaponiyaya çağırış

18.09.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Çin Yaponiyanı tarixini yenidən dərindən nəzərdən keçirməyə və gələcəkdə praktiki addımlarla Asiyadakı qonşularının və beynəlxalq ictimaiyyətin etimadını qazanmağa çağırır”.

525.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Jiakun bildirib. 

Onun sözlərinə görə, işğal cinayətinin inkar edilməsi tarixi nəticələrin şübhə altına alınması və müharibədən sonrakı beynəlxalq nizamın sarsıdılması deməkdir. 

“Çin də daxil olmaqla regionun bütün ölkələri yapon militarizminin yenidən dirçəlməsinə və tarixi faciələrin təkrarlanmasına yol verməmək üçün ayıq-sayıq olmalıdırlar”, —XİN nümayəndəsi qeyd edib.

Q.Jiakunun bu bəyanatı yapon ordusunun Çin mövqelərinə hücuma başladığı Mançuriya insidentinin 95-ci ildönümünə təsadüf edir.Bu hadisə  Yaponiyanın Çinə 14 il davam edən müdaxiləsinin başlanğıcını qoydu.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью