Çindən Yaponiyaya çağırış
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Çin Yaponiyanı tarixini yenidən dərindən nəzərdən keçirməyə və gələcəkdə praktiki addımlarla Asiyadakı qonşularının və beynəlxalq ictimaiyyətin etimadını qazanmağa çağırır”.
525.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Jiakun bildirib.
Onun sözlərinə görə, işğal cinayətinin inkar edilməsi tarixi nəticələrin şübhə altına alınması və müharibədən sonrakı beynəlxalq nizamın sarsıdılması deməkdir.
“Çin də daxil olmaqla regionun bütün ölkələri yapon militarizminin yenidən dirçəlməsinə və tarixi faciələrin təkrarlanmasına yol verməmək üçün ayıq-sayıq olmalıdırlar”, —XİN nümayəndəsi qeyd edib.
Q.Jiakunun bu bəyanatı yapon ordusunun Çin mövqelərinə hücuma başladığı Mançuriya insidentinin 95-ci ildönümünə təsadüf edir.Bu hadisə Yaponiyanın Çinə 14 il davam edən müdaxiləsinin başlanğıcını qoydu.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 18 Sentyabr 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















