Çingiz Mustafayev bu sindromdan əziyyət çəkirmiş | Icma.az
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Son bir ayda yaşadıqlarımı sizinlə bölüşmək istəyirəm.
İlk olaraq bildirim ki, tibb, insanın quruluşu həmişə mənim üçün çox maraqlı olub və öz üzərimdə çox təcrübələr aparmışam.
Bu yaxınlarda Rusiyada bir mərkəzlə tanış oldum. Uzun müddətdir xroniki yorğunluqdan əziyyət çəkirdim.
Səhər dururdum, elə bilirdim ki, gecəni yatmamışam. Bu, insanın əhvalına, yaddaşına və işləməyinə də təsir edir.
Buna görə də Rusiyaya getdim". Axşam.az xəbər verir ki, bunu müğənni Çingiz Mustafayev sosial şəbəkədə etdiyi paylaşımda bildirib.
O, xroniki yorğunluğa görə müalicə olunduğunu bildirib: "İynə terapiyasına bənzər bir müalicə üsuludur.
Lakin iynə əvəzinə elektrikdən istifadə edirlər. Gün ərzində bədənin müəyyən hissələrinə tətbiq edirlər.
Onun sayı isə psixoloqların aldıqları nəticələrə görə dəyişir. Çünki hər insanla 4-5 psixoloq işləyir.
Tam oxu
Xəbəri oxu