Icma.az
close
up
RU
Çingiz Mustafayev bu sindromdan əziyyət çəkirmiş

Çingiz Mustafayev bu sindromdan əziyyət çəkirmiş

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Son bir ayda yaşadıqlarımı sizinlə bölüşmək istəyirəm. İlk olaraq bildirim ki, tibb, insanın quruluşu həmişə mənim üçün çox maraqlı olub və öz üzərimdə çox təcrübələr aparmışam. Bu yaxınlarda Rusiyada bir mərkəzlə tanış oldum. Uzun müddətdir xroniki yorğunluqdan əziyyət çəkirdim. Səhər dururdum, elə bilirdim ki, gecəni yatmamışam. Bu, insanın əhvalına, yaddaşına və işləməyinə də təsir edir. Buna görə də Rusiyaya getdim".

Axşam.az xəbər verir ki, bunu müğənni Çingiz Mustafayev sosial şəbəkədə etdiyi paylaşımda bildirib. O, xroniki yorğunluğa görə müalicə olunduğunu bildirib:

"İynə terapiyasına bənzər bir müalicə üsuludur. Lakin iynə əvəzinə elektrikdən istifadə edirlər. Gün ərzində bədənin müəyyən hissələrinə tətbiq edirlər. Onun sayı isə psixoloqların aldıqları nəticələrə görə dəyişir. Çünki hər insanla 4-5 psixoloq işləyir. Bununla beyin resursunun vəziyyətini müəyyən edirlər.

Gec yatmaq yaxşı bir şey deyil. Hər zaman gec yatmışam. Amma artıq neçə vaxtdır tez yatıram. Özümü də yaxşı hiss edirəm. Dostlarım deyirdi ki, özünə yazığın gəlsin, tez yat. Cavab verirdim ki, mən yaradıcı insanam, ilham mənə gecələr gəlir və mahnılar yazıram. Gənc idim, beynimdə resurs var idi və düşünürdüm ki, hər zaman belə olacaq. Əsla belə deyil. Kim gec yatırsa, sizə məsləhət görürəm ki, bunu aradan təcili şəkildə qaldırın. Saat 10 və ya 11-də yatın və yuxudan tez durun. Çünki bunu özüm keçmişəm, bilirəm ki, yaxşı şey deyil. 

Beynimizin hər hissəsi nəyəsə cavabdehdir. Mən getdiyim mərkəzə çox böyük biznesmenlər, dövlət adamları gəlirlər. Hansı ki, artıq özlərini aşırı dərəcədə yorublar. İnsanın beynindəki resursları uzunmüddətli depressiya, ağır layihəyə girmək, özünü günahlandırmaq və ya kiminsə sevgilisindən ayrılması kimi müxtəlif neqativ hadisələr tükəndirir. Biz insanıq, bunlar normaldır. Amma uzun müddət bir emosiyada davam ediriksə, bu, qaçılmazdır. Özümü indi yaxşı hiss edirəm. Həkimlərlə danışdım, onları Bakıya gətirmək istəyirəm. Düşünürəm ki, bizim ölkədə də bu müalicə yöntəminə ehtiyacı olan xeyli insan var. Beynimizin yaxşı işləməsi üçün gərək ona qulluq edək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://axsam.az
archiveBu xəbər 17 Dekabr 2024 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri