Icma.az, Qaynarinfo saytına istinadən bildirir. "Belə vəziyyət Azərbaycanla Çin arasında turizm, humanitar, təhsil əlaqələrinin inkişafına g
Bunu Qaynarinfo-ya açıqlmasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycanla Çin arasında viza rejiminin ləğvi məsələsinin bu gündən q
"Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq münasibətləridir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Çinin dövlət başçısı Si Szinpin arasında iki dəfə strateji tərəfdaşlıq münasibətləri və onun dərinləşdirilməsini özündə ehtiva edən birgə bəyannamələr imzalanıb", deyə Elman Nəsirov bildirib.
Deputat deyib ki, fundamental məsələlərdə Bakı ilə Pekinin mövqeyi üst-üstə düşür: "Bu, eyni zamanda, turizm sektorunu da özündə ehtiva edir.
Çinin dünya üzrə təxminən 150 milyonluq turisti var. Onun 1 faizi Azərbaycana gəlsə, bəs edər.
Turizm sahəsi ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Çünki Çin nəhəng dövlətdir, nəhəng turizm potensialı var.
2024-cü ilin aprelində İlham Əliyevin Çinə səfəri zamanı imzalanan sənədə əsasən, hər iki ölkə turistlər üçün qarşılıqlı şəkildə viza rejiminin tətbiqindən imtina edir.