Icma.az
close
up
RU
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... Deputat

Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... Deputat

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Belə vəziyyət Azərbaycanla Çin arasında turizm, humanitar, təhsil əlaqələrinin inkişafına gətirib çıxaracaq".

Bunu Qaynarinfo-ya açıqlmasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycanla Çin arasında viza rejiminin ləğvi məsələsinin bu gündən qüvvəyə minməsini şərh edərkən deyib. 

"Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq münasibətləridir. Azərbaycan Prezidenti İlham Əliyevlə Çinin dövlət başçısı Si Szinpin arasında iki dəfə strateji tərəfdaşlıq münasibətləri və onun dərinləşdirilməsini özündə ehtiva edən birgə bəyannamələr imzalanıb", deyə Elman Nəsirov bildirib.


Deputat deyib ki, fundamental məsələlərdə Bakı ilə Pekinin mövqeyi üst-üstə düşür:

"Bu, eyni zamanda, turizm sektorunu da özündə ehtiva edir. Çinin dünya üzrə təxminən 150 milyonluq turisti var. Onun 1 faizi Azərbaycana gəlsə, bəs edər. Turizm sahəsi ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Çünki Çin nəhəng dövlətdir, nəhəng turizm potensialı var. 2024-cü ilin aprelində İlham Əliyevin Çinə səfəri zamanı imzalanan sənədə əsasən, hər iki ölkə turistlər üçün qarşılıqlı şəkildə viza rejiminin tətbiqindən imtina edir. Artıq azərbaycanlı, həm də çinli turistlər 30 günü aşmamaq şərtilə səfərlər edə bilərlər. Onlar 180 günlük müddət ərzində 90 günü aşmamaq şərtilə ölkəyə səfərlə bağlı arzularını gerçəkləşdirə biləcəklər. Bu da nəticə etibarı ilə ona götirib çıxarır ki, ən azı 6 ayda 3 dəfə, hər dəfə də 1 ay olmaqla azərbaycanlı və çinli turistlər qarşılıqlı səfərlər edə bilərlər". 

Qeyd edək ki, bu gündən başlayaraq Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir. Viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çinə apreldə dövlət səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə uyğun olaraq iyulun 16-da qüvvəyə minib.

Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 İyul 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri