Çinin əhalisi sürətlə azalır, doğum nisbəti isə artmır Hökumət rəqəmləri açıqladı | Icma.a…
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Çin əhalisi dördüncü ildir ki, azalmaqdadır və sürətlə yaşlanır.
Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, ikinci uşağa qadağanın götürülməsindən on il keçməsinə baxmayaraq, doğum nisbəti artmır.
19 yanvar bazar ertəsi hökumət açıqlayıb ki, Çinin əhalisi 1,404 milyard nəfərdir. Bu, əvvəlki ildəkindən 3 milyon nəfər azdır.
2025-ci ildə doğum nisbəti 1000 nəfərə 5,63 olub. Bu, 1949-cu ildən bəri, yəni kommunist partiyası hakimiyyətə gəldikdən bəri ən aşağı göstə
2025-ci ildə dünyaya gələn uşaqların sayı cəmi 7,92 milyon olub. Bu, əvvəlki ildəkindən 1,62 milyon və ya 17% azdır.
Son statistik göstəricilər 2024-cü ildə baş verən kiçik artımın davamlı olmadığını göstərir.
Doğum nisbəti 2023-cü ilə qədər yeddi il ardıcıl azalmışdı. Hökumət doğum nisbəti ilə bağlı məlumatları mütəmadi açıqlamır.
Son dəfə 2020-ci ildə 1,3 olaraq bildirilmişdi. Ekspertlər hesab edir ki, hazırda bu göstərici təxminən 1-ə düşüb.
Tam oxu
Xəbəri oxu