Çinin əhalisi sürətlə azalır, doğum nisbəti isə artmır Hökumət rəqəmləri açıqladı
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Çin əhalisi dördüncü ildir ki, azalmaqdadır və sürətlə yaşlanır.
Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, ikinci uşağa qadağanın götürülməsindən on il keçməsinə baxmayaraq, doğum nisbəti artmır.
19 yanvar bazar ertəsi hökumət açıqlayıb ki, Çinin əhalisi 1,404 milyard nəfərdir. Bu, əvvəlki ildəkindən 3 milyon nəfər azdır. 2025-ci ildə doğum nisbəti 1000 nəfərə 5,63 olub. Bu, 1949-cu ildən bəri, yəni kommunist partiyası hakimiyyətə gəldikdən bəri ən aşağı göstəricidir.
2025-ci ildə dünyaya gələn uşaqların sayı cəmi 7,92 milyon olub. Bu, əvvəlki ildəkindən 1,62 milyon və ya 17% azdır. Son statistik göstəricilər 2024-cü ildə baş verən kiçik artımın davamlı olmadığını göstərir. Doğum nisbəti 2023-cü ilə qədər yeddi il ardıcıl azalmışdı.
Hökumət doğum nisbəti ilə bağlı məlumatları mütəmadi açıqlamır. Son dəfə 2020-ci ildə 1,3 olaraq bildirilmişdi. Ekspertlər hesab edir ki, hazırda bu göstərici təxminən 1-ə düşüb. Hər iki rəqəm 2,1 səviyyəsindən xeyli aşağıdır – bu səviyyə əhalinin sabit qalmasına imkan verərdi.
"Statistika ölkənin qarşılaşdığı kəskin demoqrafik təzyiqi göstərir", deyə müəlliflər vurğulayır.
Bildirilir ki, əksər ailələr uşağın tərbiyəsi ilə bağlı xərcləri yüksək rəqabətli cəmiyyətdə ciddi maneə hesab edirlər. Bu, iqtisadi tənəzzül şəraitində daha da artır.
Hökumət doğum nisbətini artırmaq üçün stimullar təqdim edir. Məsələn, uşaq bağçaları və cütlükləri birləşdirməkdə kömək edən vasitəçilərin xidmətləri vergidən azad edilib.
Eyni zamanda, hökumət kontraseptivlərin, o cümlədən prezervativlərin vergi azadlığını ləğv edib. 2025-ci ildən başlayaraq prezervativlərə 13% ƏDV tətbiq edilir.
"Doğum nisbətini artırmaq istəyinin səbəbi iqtisadiyyatdır. Hazırda Çində 60 yaşdan yuxarı 323 milyon insan yaşayır, bu da əhalinin 23%-ni təşkil edir. Bu göstərici artır, işçi əhali isə azalır, yəni yaşlı əhalini dəstəkləyəcək işçi qüvvəsi azalır", deyə "Politico" əlavə edir.
Çin əhalisinin məhdudlaşdırılması
Uzun müddət Çin dünyanın ən çox əhalisi olan ölkəsi olub. Lakin 2023-cü ildə onu Hindistan keçib. On illər ərzində Çin hökuməti insanlara bir uşaqdan artıq sahibi olmağa icazə vermirdi və pozanlara cəza tətbiq olunurdu. Bu, iki nəsil "tək uşaq" ortaya çıxarıb. 2015-ci ildə icazə verilən uşaq sayı iki, 2021-ci ildə isə üç uşaqa qədər artırılıb.
Dünyada doğum nisbətinin azalması
Demoqrafik böhran bir çox inkişaf etmiş ölkələrdə də müşahidə olunur. Hətta sosial təminatın güclü olduğu ölkələrdə belə "uşaq partlayışı" baş vermir. Məsələn, ABŞ-da uşağın doğulmasına görə 1000 dollar mükafat verilir, lakin Avropa təcrübəsi göstərir ki, bu üsullar effektiv deyil.
Qeyd edək ki, yalnız 1960-cı ilə qədər Avropa ölkələrinin əksəriyyətində hər qadın üçün doğum nisbəti 2,1-dən yüksək olub. Sonra isə azalma başlayıb. Hazırda heç bir Aİ ölkəsində bu göstərici 1,9-dan çox deyil.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 20 Yanvar 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















