Çinin məşhur futbol klubu peşəkar statusunu itirib

07.01.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Çinin məşhur futbol klubu, 7 qat ölkə çempionu "Quançjou" peşəkar statusunu itirib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Quançjou" borcları səbəbindən peşəkar səviyyəli turnirlərdə iştirakdan imtina etmək qərarına gəlib. Quançjou şəhərinin təmsilçisi fəaliyyətini davam etdirmək üçün kifayət qədər vəsait toplaya bilməyib.

Qeyd edək ki, komanda 1954-cü ildə təsis edilib. 2011-2017-ci illər aralığında ardıcıl 7 dəfə çempionluq yaşayıb. 2018-ci ildə isə çempionatın gümüş medalçısı olub. "Quançjou" iki dəfə Çin Kubokunu və Superkubokunu, həmçinin Asiya Çempionlar Liqasını qazanıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью