Çinin məşhur futbol klubu peşəkar statusunu itirib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Çinin məşhur futbol klubu, 7 qat ölkə çempionu "Quançjou" peşəkar statusunu itirib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Quançjou" borcları səbəbindən peşəkar səviyyəli turnirlərdə iştirakdan imtina etmək qərarına gəlib. Quançjou şəhərinin təmsilçisi fəaliyyətini davam etdirmək üçün kifayət qədər vəsait toplaya bilməyib.
Qeyd edək ki, komanda 1954-cü ildə təsis edilib. 2011-2017-ci illər aralığında ardıcıl 7 dəfə çempionluq yaşayıb. 2018-ci ildə isə çempionatın gümüş medalçısı olub. "Quançjou" iki dəfə Çin Kubokunu və Superkubokunu, həmçinin Asiya Çempionlar Liqasını qazanıb.
Bu mövzuda digər xəbərlər:İtaliyanın məşhur klubu müflis oldu, peşəkar statusunu itirdi
04 İyul 2025 10:52
Çempionlar Liqasının ikiqat qalibi olmuş komanda peşəkar statusunu itirib AZƏRTAC
07 Yanvar 2025 12:16
Kamran Ağayev və Emin Mahmudovun keçmiş klubu peşəkar statusunu itirəcək
26 İyun 2025 17:02
8 qat ölkə çempionu peşəkar statusunu itirdi!
15 Yanvar 2025 21:55
Peşəkar Futbol Liqasının peşəkar işi...
06 May 2025 15:46
Baxış sayı:94
Bu xəbər 07 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















