Icma.az bildirir, Teleqraf.com portalına istinadən. Böyük Britaniya ilə Çin arasında yeni qalmaqal yaşanır.
Məsələ budur ki, Pekin Londonda yeni səfirlik inşa etmək istəyərkən, hər dəfə qarşı tərəfdən rədd cavabı alır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, iki il əvvəl Çinin London Qülləsi ilə üzbəüz nəhəng yeni səfirlik binası tikmək planı yekdilliklə rədd edilmişdi: “CNN bu qərarı yerli sakinlərin Çinin Britaniyadakı diplomatik fəaliyyətindən qorxması ilə əlaqələndirmişdilər.
Londonun həmin bölgəsinin sakinləri hesab etmişdilər ki, Çin səfirliyinin nəhəng olması onların təhlükəsizliyinə təhdid yaradacaq və Londonun şərqində, bu sıx məskunlaşma hissəsində nəqliyyatın hərəkətinə mane olacaq.
Buna baxmayaraq, Pekin səfirliyin genişləndirmək planından əl çəkməyib. Pekin Britaniyanın yeni hökumətinin müsbət rəy verəcəyinə ümidlidir.
London qərar verməzdən əvvəl Çinlə münasibətlərin auditini aparacağını bəyan edib.
Ancaq Londonun bu dəfə də Pekinə rədd cavabı verəcəyi proqnozlaşdırılır.