Icma.az
close
up
RU
Çinin planı gərginlik yaratdı Britaniya dərhal rədd elədi

Çinin planı gərginlik yaratdı Britaniya dərhal rədd elədi

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Böyük Britaniya ilə Çin arasında yeni qalmaqal yaşanır. Məsələ budur ki, Pekin Londonda yeni səfirlik inşa etmək istəyərkən, hər dəfə qarşı tərəfdən rədd cavabı alır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, iki il əvvəl Çinin London Qülləsi ilə üzbəüz nəhəng yeni səfirlik binası tikmək planı yekdilliklə rədd edilmişdi:

“CNN bu qərarı yerli sakinlərin Çinin Britaniyadakı diplomatik fəaliyyətindən qorxması ilə əlaqələndirmişdilər. Londonun həmin bölgəsinin sakinləri hesab etmişdilər ki, Çin səfirliyinin nəhəng olması onların təhlükəsizliyinə təhdid yaradacaq və Londonun şərqində, bu sıx məskunlaşma hissəsində nəqliyyatın hərəkətinə mane olacaq.

Buna baxmayaraq, Pekin səfirliyin genişləndirmək planından əl çəkməyib. Pekin Britaniyanın yeni hökumətinin müsbət rəy verəcəyinə ümidlidir. London qərar verməzdən əvvəl Çinlə münasibətlərin auditini aparacağını bəyan edib. Ancaq Londonun bu dəfə də Pekinə rədd cavabı verəcəyi proqnozlaşdırılır. London Metropoliten Polisi xəbərdarlıq edib ki, həmin yerdə Çin səfirliyinin inşası polis və ictimai təhlükəsizliyə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Britaniyada Çinin tənqidçiləri də yeni səfirlik binasının əleyhinədirlər. Digər yandan, Çin həmin yerdə səfirlik inşa edərsə, binanın qarşısında etirazlar olacağı halda, bu, nəqliyyatın axınına mane olacaq.

Pekin Londonun qərarından məyusdur. Çinin Britaniyadakı səfirliyi yaydığı məlumatda tikinti planını “yüksək keyfiyyətli inkişaf sxemi” kimi xarakterizə edib. Açıqlada bildirilib ki, ev sahibi ölkələrin diplomatik missiya binalarının tikintisini dəstəkləmək və asanlaşdırmaq üçün beynəlxalq vəzifələri var”.

Mərkəzin ekspertləri vurğulayır ki, London səfirliyin yeni binasının inşasını yerli məclis üzvlərinin rədd qərarı ilə əsaslandırsa da, məsələnin mahiyyəti iki ölkə arasındakı münasibətlərlə bağlıdır:

“Britaniya Çinin Rusiya ilə hərbi-siyasi ittifaqı və bölgədə artan hərbi gücündən narahatdır. Bundan başqa, Çinin Britaniya ərazisində xəfiyyələrin artdığına dair məlumatlar da, Londonu narahat edir. Yəqin Britaniya hökuməti hesab edir ki, Çinin Londonda daha böyük səfirlik binası olsa, Britaniya daha böyük problemlərlə üzləşəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri