Icma.az bildirir, Bakupost portalına istinadən. "Pekin ABŞ-ın Çinə qarşı yeni iqtisadi sanksiyalarına hazırlaşır.
“The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Çinin hökumət strukturlarında Ukrayna müharibəsinə görə Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarının təsirlərinin öyrənildiyi yazılıb.
Bu məqsədlə hazırlanan hesabatlar mütəmadi olaraq Çin rəhbərliyinə təqdim edilir".
Bakupost.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin analitik materialında yer alıb.
Yazıda qeyd olunur ki, Pekin bununla Qərbin Çinə qarşı mümkün sanksiyalarının hansı təsirlərə gətirib çıxarmış olacağını özü üçün müəyyənləşdirməyə çalışır: "Çünki, Çin Tayvan ələ keçirməyə başlayarsa, Qərbin bu ölkəyə qarşı sanksiyaları özünü çox gözlətməyəcək.
Ancaq Tayvan ətrafında vəziyyət gərginləşmədən də Vaşinqton Çinə qarşı növbəti sanksiyaların tətbiqinə hazırlaşır.
Donald Tramp Ağ Evə yerləşəndən sonra Çin mallarına gömrük tariflərini artırmağı planlaşdırır.
O, ötən prezidentlik müddətində də bu siyasətə üstünlük verib. Hazırki Prezident Co Bayden Trampın Çinə qarşı siyasətini davam etdirib.