Icma.az
close
up
RU
Çinin sanksiya qorxusu: Pekin təklənə bilər? TƏHLİL

Çinin sanksiya qorxusu: Pekin təklənə bilər? TƏHLİL

Icma.az bildirir, Bakupost portalına istinadən.

"Pekin ABŞ-ın Çinə qarşı yeni iqtisadi sanksiyalarına hazırlaşır. “The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Çinin hökumət strukturlarında Ukrayna müharibəsinə görə Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarının təsirlərinin öyrənildiyi yazılıb. Bu məqsədlə hazırlanan hesabatlar mütəmadi olaraq Çin rəhbərliyinə təqdim edilir".

Bakupost.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin analitik materialında yer alıb.

Yazıda qeyd olunur ki, Pekin bununla Qərbin Çinə qarşı mümkün sanksiyalarının hansı təsirlərə gətirib çıxarmış olacağını özü üçün müəyyənləşdirməyə çalışır:

"Çünki, Çin Tayvan ələ keçirməyə başlayarsa, Qərbin bu ölkəyə qarşı sanksiyaları özünü çox gözlətməyəcək. Ancaq Tayvan ətrafında vəziyyət gərginləşmədən də Vaşinqton Çinə qarşı növbəti sanksiyaların tətbiqinə hazırlaşır. Donald Tramp Ağ Evə yerləşəndən sonra Çin mallarına gömrük tariflərini artırmağı planlaşdırır. O, ötən prezidentlik müddətində də bu siyasətə üstünlük verib. Hazırki Prezident Co Bayden Trampın Çinə qarşı siyasətini davam etdirib.

Çinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən yeganə qazancı Rusiyanın neft və qazını ucuz qiymətə alması olub. Bu müharibə Çinə əlavə iqtisadi problemlər yaradıb. Qərb sanksiyalarından ehtiyat edən Çin bankları Rusiya bankları ilə əməkdaşlıqdan ehtiyat edirlər. Çin Rusiyanın “Qazprombank”ının “Union Pay” kartları üzrə nəğd ödəmələri dayandırıb".

"Atlas" qeyd edir ki, bu arada Çin iqtisadiyyatında tənəzzül davam edir, daşınmaz əmlak investisiyaları ölkənin bank sistemini böhrana salıb:

"Vətəndaşlar bank hesablarından vəsait çıxarmaqda çətinlik çəkirlər. Bank kartı istifadəçilərinin bir qisminə limitlər qoyulub. Bu isə öz növbəsində ipoteka, avtomobil kreditləri, məktəb haqlarının və ya təcili tibbi yardım xərclərinin ödənilməsi kimi gündəlik həyatda problemlər yaradır. Digər tərəfdən böyük şirkətlərin işçilərinə maaş ödənilməsində də problemlər yaranıb. Çünki, şirkətlər maaşları ödəmək üçün banklardan pul çəkməlidirlər.

Mövcud vəziyyətə baxmayaraq, Çin Xalq Bankının 2025-ci ildə iqtisadi aktivliyi stimullaşdıran siyasəti davam etdirəcəyi xəbəri yayılıb. Bank şirkətlər və ev sahiblərinin maliyyələşdirmə xərclərini daha da azaltmaq üçün tədbirlər görəcək. Ancaq Çində banklara olan etirabın azalması səbəbindən Çin Xalq Bankının fəaliyyət planını həyata keçirmək çətin olacaq. Buna baxmayaraq, Çin Xalq Bankı istehlak kreditləşməsini və daşınmaz əmlak bazarlarının sabitliyini təmin etmək üçün əlindəki imkanlardan istifadə etməyə çalışacaq. Bank istiqrazı ticarətini bərpa edəcək. Bütün hallarda 2025 Çin iqtisadiyyatı üçün ciddi çağırış ili olacaq".

Zaur, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Dekabr 2024 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri