Çinlə imzalanmış sənədlərin detalları açıqlandı | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır. Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəs
Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi ilə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənəddə nəzərdə tutulan tədbirlərin icrası sənaye sahəsində, o cümlədən neft-qaz, bərpa olunan enerji, kimya, metallurgiya, mədənçıxarma, tekstil, avtomobil, tikinti materiallarının, əczaçılıq və qida məhsullarının istehsalı sahələrində əməkdaşlığın inkişafına imkan yaradacaq.
Anlaşma Memorandumu həmçinin sənaye sahələrinin inkişafı nəticəsində iqlim dəyişikliyinə təsirlərin azaldılması, tullantıların idarəolunması (və ya emalı), sənaye sahəsinin rəqəmsallaşdırılması və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi istiqamətlərində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumunda iki ölkənin sənaye təşkilatları arasında mübadilə və koordinasiyanın gücləndirilməsi, əməkdaşlıq mexanizmlərinin qurulması, təchizatçılar və alıcılar üçün uyğunlaşma tədbirlərinin, ticarət yarmarkalarının, sərgilər və digər ticarət təşviqlərinin həyata keçirilməsi və s.
əksini tapıb. İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilm
Sənəd rəqəmsal iqtisadiyyatda əməkdaşlıq prioritetlərinin müəyyən olunması, yeni biznes formatları və modellərinin inkişafı, rəqəmsal iqtisa
Tam oxu
Xəbəri oxu