Icma.az
close
up
RU
Çinlə imzalanmış sənədlərin detalları açıqlandı

Çinlə imzalanmış sənədlərin detalları açıqlandı

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi ilə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə nəzərdə tutulan tədbirlərin icrası sənaye sahəsində, o cümlədən neft-qaz, bərpa olunan enerji, kimya, metallurgiya, mədənçıxarma, tekstil, avtomobil, tikinti materiallarının, əczaçılıq və qida məhsullarının istehsalı sahələrində əməkdaşlığın inkişafına imkan yaradacaq. Anlaşma Memorandumu həmçinin sənaye sahələrinin inkişafı nəticəsində iqlim dəyişikliyinə təsirlərin azaldılması, tullantıların idarəolunması (və ya emalı), sənaye sahəsinin rəqəmsallaşdırılması və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi istiqamətlərində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumunda iki ölkənin sənaye təşkilatları arasında mübadilə və koordinasiyanın gücləndirilməsi, əməkdaşlıq mexanizmlərinin qurulması, təchizatçılar və alıcılar üçün uyğunlaşma tədbirlərinin, ticarət yarmarkalarının, sərgilər və digər ticarət təşviqlərinin həyata keçirilməsi və s. əksini tapıb.

İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd rəqəmsal iqtisadiyyatda əməkdaşlıq prioritetlərinin müəyyən olunması, yeni biznes formatları və modellərinin inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafının birgə təşviqi, texnoloji innovasiyaların dəstəklənməsi və hər iki ölkədə rəqəmsal investisiyalar üçün əlverişli ekosistemin yaradılmasını əhatə edir.

İqtisadiyyat Nazirliyi ilə Çinin Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu isə informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumlar və elmi-tədqiqat institutları arasında əməkdaşlığın dəstəklənməsi, Azərbaycan tərəfinin Çində keçirilən beynəlxalq sərgilərdə iştirakı və digər tərəfdaşlıq məsələlərini nəzərdə tutur.

Qeyd edək ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən investisiya əməkdaşlığı istiqamətində daha bir neçə sənəd aprel ayının 18-də Pekində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində imzalanıb. İmzalanmış investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon ABŞ dolları təşkil edir.

Konfrans çərçivəsində KOBİA ilə Çinin Milli İnkişaf və İslahatlar Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Çinın İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT), 4SİM ilə Dünya Əşyaların İnterneti Konvensiyası Təşkilatı (WIOTC), AZPROMO ilə Çinin İnkişaf və İslahatlar Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb.

Eyni zamanda, AZPROMO Çinin Shenzhou Hasee şirkəti ilə notbuk istehsalı, Zhongjing United (Beijing) Trading Co., Ltd. şirkəti ilə boru istehsalı, Shandong Huafang Co., Ltd. şirkəti ilə tekstil istehsalı, "Changzhou Dongfeng Agricultural Machinery" şirkəti ilə traktor istehsalı, "Vencou Vanhong" şirkəti ilə karton istehsalı, "Sino-Foreign" şirkəti ilə investisiya layihələrinin həyata keçirilməsi üzrə anlaşma memorandumları imzalayıb.

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə "Vencou Vanhong" şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkının ərazisində karton istehsalı layihəsinin həyata keçirilməsi üzrə niyyət sazişi bağlanıb. Layihə hazırda maliyyə və texniki əsaslandırma mərhələsindədir. "İmprotex" və "Changzhou Dongfeng Agricultural Machinery" şirkətləri arasında traktor istehsalı layihəsinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumu, “Azəralüminium” MMC ilə "China Machinery Engineering Corporation" (CMEC) arasında investisiya layihələrinin həyata keçirilməsi və Çin maliyyə institutları tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə əməkdaşlıq sazişi bağlanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair imzalanmış sənədlərin icrası Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək. Qeyd edək ki, Komissiyanın sonuncu iclası aprelin 16-da Bakıda keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Aprel 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri