Bizimyol saytına istinadən Icma.az xəbər verir. Bu yaxınlarda bir xatirəmi oxucularla bölüşmüşdüm. Yeri düşüb deyə, xatırladıram.
O xatirə belə idi: "...Vaxtı ilə eyni yataqxanada qaldığımız tanışımla - geologiya fakültəsinin məzunu ilə illər sonra qarşılaşanda salam-kəlamdan sonra yarızarafatla soruşmuşdum: - İndi siz yerin altını da bilirsiniz, üstünü də?
Demişdi: - Yox, altını bizdən soruşurlar, üstünü sizdən". "Yerin üstü" deyəndə geoloq tanışım ölkə, dünya xəbərlərini nəzərdə tutmuşdu.
Əslində Yer kürəsi bir deyil, eyni vaxtda iki planet deməkdir. Biri sudur, daşdır, torpaqdır, bitkidir, heyvandır, insandır.
O birisi isə xəbər kütləsidir. Obrazlı ifadə etməyə çalışsam, Yer kürəsi həm də yerli-yersiz xəbər kütləsidir və bəlkə də bu kütlə o Yerin ö
Həm də ona inanan oxucu, tamaşaçı, dinləyici, izləyucu kütləsi ilə.
Əslində geoloq tanışımın cavabı tam deyil; media Yerin üstündən də, altından da, hətta Yer orbitindən kənardan - kosmosdan da xəbər verir.
Çox savadlı adama bəzən "çoxbilmiş" deyirlər. Bu, yaxşı mənada mediaya, jurnalistlərə də aid edilə bilər.