Çıxarın o ipi uşağınızın boğazından | Icma.az
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Emilya Tağıyeva yazır... Bu günlərdə daha bir yeniyetmə həyatına son qoydu.
Çünki imtahanda az bal toplamışdı. Amma o ipi ağaca özü bağlasa da, boğazına keçirən biz olduq - cəmiyyət olaraq ona başqa yol qoymadıq.
Bizim üçün kiçik görünən bu səbəb o uşağın gözündə dağ boyda idi. Hətta ölüm belə ona bundan asan göründü.
Axı bizim üçün qiymət çox vacibdir və uğuru onunla ölçürük. Ona görə yeniyetmələr imtahandan kəsilməyi bütün gələcəklərinin məhv olması, uni
Məsələ burasındadır ki, ailələr də ya uşağın qəlbində tüğyan edən bu fırtınanı görmür, ya da görməzdən gəlir, ona dəstək olmurlar.
Əksinə, daha çox təzyiq göstərirlər. Çünki onların fikrincə, təhsil almayan gəncin yaxşı gələcəyi ola bilməz.
"Filankəsin uşağı filan qədər bal topladı" deyən qonum-qonşunu isə heç demirəm.
Nəticədə, bu uşaqlar öz böyük dünyalarında tək qalır və kimdən dəstək alacaqlarını bilmirlər.
Tam oxu
Xəbəri oxu