Icma.az
close
up
RU
Çıxarın o ipi uşağınızın boğazından

Çıxarın o ipi uşağınızın boğazından

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Emilya Tağıyeva yazır...

Bu günlərdə daha bir yeniyetmə həyatına son qoydu. Çünki imtahanda az bal toplamışdı. Amma o ipi ağaca özü bağlasa da, boğazına keçirən biz olduq - cəmiyyət olaraq ona başqa yol qoymadıq. Bizim üçün kiçik görünən bu səbəb o uşağın gözündə dağ boyda idi. Hətta ölüm belə ona bundan asan göründü. Axı bizim üçün qiymət çox vacibdir və uğuru onunla ölçürük. Ona görə yeniyetmələr imtahandan kəsilməyi bütün gələcəklərinin məhv olması, universitetə qəbul olmamağı isə həyatlarının sonu hesab edirlər.

Məsələ burasındadır ki, ailələr də ya uşağın qəlbində tüğyan edən bu fırtınanı görmür, ya da görməzdən gəlir, ona dəstək olmurlar. Əksinə, daha çox təzyiq göstərirlər. Çünki onların fikrincə, təhsil almayan gəncin yaxşı gələcəyi ola bilməz. "Filankəsin uşağı filan qədər bal topladı" deyən qonum-qonşunu isə heç demirəm. Nəticədə, bu uşaqlar öz böyük dünyalarında tək qalır və kimdən dəstək alacaqlarını bilmirlər.

Əslində, hər birimiz emosional baxımdan tam formalaşmamış bir uşaq üçün bunun nə demək olduğunu bilirik. Axı hamımız yeniyetmə olmuşuq, amma nədənsə o çətin günlərdə keçirdiyimiz hissləri unuduruq.

Valideynlərin bu cür təzyiq göstərməsinin bir neçə səbəbi var. Bəziləri uşaqlarının digərlərindən geri qalmasını istəmir, digərləri özlərinin gənclikdə əldə edə bilmədiyi uğuru övladlarından gözləyirlər. Bir başqası, sadəcə, avtoritardır - "O nə qanır, ən yaxşısını mən bilirəm", - deyib övladının bilik və bacarığını, hisslərini, psixoloji vəziyyətini nəzərə almadan qərar verir.

Bu mövzuda kiçik bir hadisəni danışmaq istəyirəm. Tibb Universitetində oxuyan bir tanışım deyirdi ki, qruplarında bir qız var idi. O, hər dəfə meyit və ya daxili orqan gördükdə özündən gedirdi. Sonda müəllim valideynlərini çağırıb izah etdi ki, tələbələr üçün belə hallar ilk vaxtlar normaldır. Amma sizin qızınız bir ildir ki, öyrəşə bilmir, onu başqa sahəyə yönləndirin. Lakin valideynlər bütün nəsillərinin həkim olduğunu əsas gətirərək heç cür razı olmadılar. Sonda dekanlıq tələbəni universitetdən xaric etdi, çünki ilk növbədə elə o qızın həyatı təhlükədə idi.

Bəzi valideynlər üçün isə əsas məsələ maddiyyatdır. Onlar övladlarının təhsili üçün böyük məbləğdə pul xərcləyir və ali məktəbə qəbul olunmadıqda sanki bütün sərmayələrinin boşa getdiyini düşünürlər.

Bəs bu cür münasibətlə uşaqlara hansı mesajı ötürürük? Onlara hiss etdiririk ki, yaxşı oxusalar, onları çox istəyirik, oxumasalar - yox. Əslində, belə deyil, amma davranışlarımız bu mesajı ötürür.

Valideynlər çox vaxt düşünürlər ki, təzyiq göstərməsələr, uşaq arxayın düşəcək, oxumayacaq və sonra gələcəkdə onları qınayacaq. Bu, haqlı bir qorxudur.

Bəs necə etmək olar ki, uşaq nə arxayın düşsün, nə də təzyiq hiss etsin?

Bu məsələdə valideyn, müəllim və imkan varsa, psixoloq birlikdə işləməlidirlər. Çünki 7-17 yaş arasında uşaq günün yarısını evdə, yarısını da məktəbdə keçirir. Təhsil müəssisəsi onun ikinci evi sayılır. Deməli, müəllim də valideyn qədər uşağın gələcəyinə görə məsuliyyət daşıyır. Hətta bəlkə də şagirdinin qabiliyyətini və bacarığını valideyndən daha yaxşı bilir.

Psixoloq isə yeniyetməyə doğru yanaşmağı, onu oxumağa həvəsləndirməyi və təhsilin arzusuna çatmaq üçün nə qədər vacib olduğunu göstərməyi öyrətməlidir. Eyni zamanda, valideynlə uşaq arasında baryer varsa, onu aşmağa kömək etməlidir. Bundan başqa, uşağa aşılanmalıdır ki, imtahanda uğursuzluq dünyanın sonu deyil. Hələ qarşıda çox yollar və fürsətlər var - növbəti il yenidən imtahan vermək, peşə təhsili almaq, fərdi inkişaf etmək, xaricdə təhsil imkanlarını dəyərləndirmək və s.

Unutmayaq: Həyat bir imtahanlıq deyil! Amma biz onu elə edirik. Dəyişmək bizim əlimizdədir!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri