Çıxarış gözləyən evlər: Problemə niyə əncam çəkilmir? | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Ölkədə sənədsiz evlərlə bağlı problem hələ də həllini tapmayıb.
Bir neçə ildir ki, ölkədə 500 min evə sənəd veriləcəyi ilə bağlı fikirlər səslənsə də, bu istiqamətdə heç bir nəticə əldə edilməyib.Hətta bu problemin həlli ilə bağlı Milli Məclisdə belə, məsələ qaldırılıb.
Bu iqtisamətdə mövcud problemə toxunan millət vəkili Razi Nurullayev sənədsiz evlərin süni əngəllər ucbatından həll edilmədiyini bildirib.
Millət vəkili qeyd edib ki, bu gün ölkədə 500 mindən çox sənədsiz evlər var və onlardan bəziləri hətta 1950-60-cı illərdə tikilən evlərdir ki, onlara hələ də sənəd verilməyib: "Bu məsələ insanların sosial həyatıında çətinlik yaratmaq baxımından ciddi problem yaradır.
Çünki vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir, yaxud lizinqə qoya bilmirlər.Eyni zamanda, miras məsələlərində ciddi problemlər yaradır.
Ona görə də aidiyyəti qurumlar bununla bağlı işləri daha da sürətləndirə bilərlər. Əslində, bu barədə hər kəs danışır.
Parlamentdə bu məsələni qaldırmışıq. Ancaq hələlik irəliləyiş görmürük.
Burada obyektiv səbəblərlə yanaşı subyektiv səbəblər də var.Yəni mən işə soyuqqanlı, başdansovdu yanaşma meyillərini də görürəm.
Tam oxu
Xəbəri oxu