Icma.az
close
up
RU
Çıxarış gözləyən evlər: Problemə niyə əncam çəkilmir?

Çıxarış gözləyən evlər: Problemə niyə əncam çəkilmir?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkədə sənədsiz evlərlə bağlı problem hələ də həllini tapmayıb.

Bir neçə ildir ki, ölkədə 500 min evə sənəd veriləcəyi ilə bağlı fikirlər səslənsə də, bu istiqamətdə heç bir nəticə əldə edilməyib.Hətta bu problemin həlli ilə bağlı Milli Məclisdə belə, məsələ qaldırılıb. Bu iqtisamətdə mövcud problemə toxunan millət vəkili Razi Nurullayev sənədsiz evlərin süni əngəllər ucbatından həll edilmədiyini bildirib.

Millət vəkili qeyd edib ki, bu gün ölkədə 500 mindən çox sənədsiz evlər var və onlardan bəziləri hətta 1950-60-cı illərdə tikilən evlərdir ki, onlara hələ də sənəd verilməyib:

"Bu məsələ insanların sosial həyatıında çətinlik yaratmaq baxımından ciddi problem yaradır. Çünki vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir, yaxud lizinqə qoya bilmirlər.Eyni zamanda, miras məsələlərində ciddi problemlər yaradır. Ona görə də aidiyyəti qurumlar bununla bağlı işləri daha da sürətləndirə bilərlər. 

Əslində, bu barədə hər kəs danışır. Parlamentdə bu məsələni qaldırmışıq. Ancaq hələlik irəliləyiş görmürük. Burada obyektiv səbəblərlə yanaşı subyektiv səbəblər də var.Yəni mən işə soyuqqanlı, başdansovdu yanaşma meyillərini də görürəm. 

Aidiyyəti qurumlar konkret bununla bağlı təkliflərini verməlidirlər. Yəni 500 min evi sökmək olmaz. Onlara sənəd verilməlidir. Vətəndaşlara sənəd verilməməsi dövlət orqanlarının, icra orqanlarının işini çətinləşdirir və vətəndaşları daim "tikan üzərində saxlayır".

Razi Nurullayev düşünür ki, burada kifayət qədər həll yolları var:

“Birincisi, evlər həyati bir infrastrukturun üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında tikilibsə, onları müəyyən müddətə saxlamaq olar. Yaxud normal kompensasiya ödəməklə köçürmək olar. Ancaq digər evləri sənədləşdirmək olar. Aidiyyəti qurumların bu sahədə gördükləri işləri yarıtmaz hesab edirəm".    

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov "Cebheinfo.az"a bildirib ki, sənədsiz evlərlə bağlı problem çoxdur və burada məsələ genişmiqyaslıdır:

"Maraqlıdır ki, bu sahədə kimlər tərəfindən əngəllər yaradılır. Son iki ildə Ədliyyə Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Xidməti sayt yaradıblar. Daha doğrusu portal üzərində işləyirlər ki, gələcəkdə daşınmaz əmlak məsələlərinin həll olunması mümkün olsun. Ancaq hələ ki, nəticə yoxdur, görünür burada əngəllər var.

Sovet dövründən başlayaraq müxtəlif istiqamətdə əmlaklar yaranıb və bunun birdəfəlik həll olunması da asan məsələ deyil. Sovet dövründə Azərbaycanın müəyyən planlanması var idi və bu hökumət dağıldı, yeni dövlət quruculuğu gəldi. 

Ölkədə bir çox kənd təsərrüfatı təyinatlı torpaqlarda, kənd ərazilərində tikililərə belə, onların sənədləşməsinə qanunla yol verilmir. İkinci bir məsələ Sovet hökuməti dağılandan sonra sərəncamlar əsasında verilmiş icazələr var. Daha sonra isə kifayət qədər bələdiyyə torpaqları ərsəyə gəldi. 

Lakin yerli icra qurumları olmağına baxmayaraq, onlar hər beş ildən bir Azərbaycan qanunvericiliyinə görə, həmin ərazilərə baxılması ilə bağlı hökumətə müraciət etməli idilər. Bu istiqamətdə hansı işlər aparılıb biz bilmirik. Çox güman ki, çox müraciətlər olmayıb.

Son illər ərazində şəhərin Baş planı üzrə işlər aparılıb. Baxmayaraq ki, 2023-cü ildə Bakı şəhərinin Baş planı bitib, o istiqamətdə hələ də ciddi irəliləyiş yoxdur".

Onun sözlərinə görə, o istiqamətdə ki, hələ də kənd təsərrüfatı təyinatlı evlər var, orada təyinatın dəyişməsi ilə bağlı hətta Prezidentin fərmanı da var:

"İcra hakimiyyətləri müvafiq dövlət qurumlarına müraciət etməlidirlər. Harada ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kütləvi qanunsuz tikililər aparılıb, onlar hamısı dəyişdirilməlidir. Təyinatlar dəyişdikdən sonra onların üzərində olan qanunsuz tikililərin problemi həll olunmalıdır. 

Elə əmlaklar var ki, onların ilkin sənədi var. Maraq doğuran odur ki, Przidentin 28 sentyabr 2024-cü ildə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları" ilə bağlı fərmanı var. 

Bu fərmanı icra hakimiyyətlərinə və bələdiyyələrə yönəltmək lazımdır. Ölkədə olan bütün icra hakimiyyətlərinin ərazilərində təyinatı dəyişiləsi torpaqlar var ki, onların üzərində yaşayış məntəqələri salınıb. 

Qanunda da belə yazılıb ki, birinci növbədə yerli icra qurumları müraciət etməlidir. Əgər o torpağı bələdiyyə strukturları veribsə, bələdiyyə torpaqlarına verilmiş sərəncamlar  bələdiyyələrin üzərinə düşür.

Yerli icra hakimiyyətləri yaşayış üçün evlərə sərəncam veribsə, bu zaman onların üzərində düşür. Bunu dəqiqləşdimək lazımıdır ki, həmin fərmandan sonra hansı yerli idarəetmə qurumu nə iş aparıb? Ola bilər ki, heç bir iş görməyib. Oturub gözləyirlər ki, onlara nə vaxtsa tapşırıq gələcək, onu edəcəklər. Fərdi vətəndaş gedib torpağın təyinatının dəyişdirilməsi ilə bağlı müraciət edirsə, o zaman cavab gəlir ki, "təkbaşına sənin torpağının təyinatını dəyişə bilmərik". 

Yerli icra qurumu şəhər planlamasına görə müraciət etməlidir və ona uyğun olaraq həmin ərazidə olan torpaqların təyinatının dəyişilməsinə baxılacaq. Ancaq Prezidentin fərmanı ilə konkret əsas var.

Yəni vətəndaşın bunu etməyə hüququ var, ancaq yerli icra qurumundan, yaxud bələdiyyədən asılıdır. Heç nə edə bilmir.Yenə vətəndaş bundan əziyyət çəkməlidir ki, nə vaxt qanunsuz torpağın təyinatı dəyişəndən sonra onun tikilisinin də dəyişilməsi məsələsinə baxıla bilər. Hələ söhbət torpaqdan gedir. Əngəl dedikdə millət vəkili məncə, bunu nəzərdə tutur".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Çıxarış evlər problem Razi Nurullayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri