Çiyinlərdə daşınan dərs yükü: sağlamlığa zərbə EKSPERT FİKİRLƏRİ | Icma.az
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. “Məktəblilərimizin ən ciddi problemlərindən biri çantaların ağırlığıdır.
Təəssüf ki, şagirdlərin gündəlik daşıdığı çanta çəkisi onların fiziki inkişafına mənfi təsir göstərir”.
Bu fikirləri SİA-ya açıqlamasında reabilitoloq Afaq Azad bildirib.
Onun sözlərinə görə, orta hesabla 7-12 kiloqram arası çəki daşıyan uşaqlar nə fiziki, nə də anatomik cəhətdən buna hazır deyillər: “Bu, gələcəkdə onurğa problemlərinə - skolioz, kifoz, əzələ zəifliyi və digər ortopedik fəsadlara səbəb ola bilər.
Ən təhlükəlisi isə bu fəsadların artıq uşaq yaşlarında özünü göstərməsidir.
Statistik müşahidələr göstərir ki, məktəblilərin 30-40 faizində onurğa əyriliyi, yəni skolioz və ya kifozun ilkin mərhələləri müşahidə olunur.
Bu hallar əzələ sisteminin zəifliyi, davamlı ağırlıq və düzgün olmayan duruş nəticəsində yaranır.
Əvvəla, çanta çəkisi uşağın bədən çəkisinin maksimum 10-15 faizini aşmamalıdır.
Tam oxu
Xəbəri oxu