ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər

03.09.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər

“Komo” bu mövsüm Çempionlar Liqası oyunlarını öz meydanında keçirəcək.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, UEFA İtaliya klubunun ev matçlarını “Cüzeppe Sinigalya” stadionunda keçirməsinə rəsmi icazə verib. Arenada aparılan yoxlamalar və yenilənmə işlərindən sonra stadionun turnirin tələblərinə cavab verdiyi təsdiqlənib.

Beləliklə, “Komo” Avropanın ən nüfuzlu klublarını Komo gölünün sahilində yerləşən mənzərəli stadionunda qəbul edəcək. Klub ev oyunlarını başqa arenaya köçürməmək üçün yerli hakimiyyət və mühəndis qrupları ilə birlikdə giriş yolları, işıqlandırma, media infrastrukturu və təhlükəsizlik sistemləri üzrə yenilənmə işləri aparıb.

Qeyd edək ki, 1927-ci ildə istifadəyə verilən “Cüzeppe Sinigalya” stadionunun hazırda təxminən 13 600 tamaşaçı tutumu var.

Qeyd edək ki, "Komo" Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində sentyabrın 10-da "Leyptsiq"lə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью