ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Komo” bu mövsüm Çempionlar Liqası oyunlarını öz meydanında keçirəcək.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, UEFA İtaliya klubunun ev matçlarını “Cüzeppe Sinigalya” stadionunda keçirməsinə rəsmi icazə verib. Arenada aparılan yoxlamalar və yenilənmə işlərindən sonra stadionun turnirin tələblərinə cavab verdiyi təsdiqlənib.
Beləliklə, “Komo” Avropanın ən nüfuzlu klublarını Komo gölünün sahilində yerləşən mənzərəli stadionunda qəbul edəcək. Klub ev oyunlarını başqa arenaya köçürməmək üçün yerli hakimiyyət və mühəndis qrupları ilə birlikdə giriş yolları, işıqlandırma, media infrastrukturu və təhlükəsizlik sistemləri üzrə yenilənmə işləri aparıb.
Qeyd edək ki, 1927-ci ildə istifadəyə verilən “Cüzeppe Sinigalya” stadionunun hazırda təxminən 13 600 tamaşaçı tutumu var.
Qeyd edək ki, "Komo" Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində sentyabrın 10-da "Leyptsiq"lə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 03 Sentyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















