Azvision saytından alınan məlumata görə, Icma.az bildirir. AzVision.az xəbər verir ki, Amerika liderinin xüsusi nümayəndəsi “CNBC” telekanal
Stiven Uitkoff həmçinin Rusiya-Ukrayna müharibəsinin həllində “böyük irəliləyişin” olduğunu da iddia edib.
“Ukraynalılar deyirlər ki, biz son bir neçə ildə gördüklərindən daha çox irəliləyiş əldə etmişik.
Biz Cenevrə görüşündən sonra bu irəliləyişə nail olmuşuq. Beləliklə, son altı həftədə əhəmiyyətli irəliləyiş var”, - amerikalı məmur deyib.
Bununla belə Uitkoff ərazi məsələsinin əsas maneə olaraq qaldığını, lakin sülh planının 90%-dən çox hissəsinin razılaşdırıldığını söyləyib.
“Sülh Şurası” Putinə görə iflasa uğraya bilər Donald Trampın xüsusi nümayəndəsi ABŞ-nin həm Rusiya, həm də Ukraynaya “Sülh Şurası”na daxil olmağı təklif etdiyinə və hər iki tərəfin razılığını gözlədiyinə də diqqət çəkib.
- Hər şey əla gedir. Biz dünya liderlərindən böyük reaksiya aldıq. Düşünürəm ki, 20, bəlkə də 25 dünya lideri artıq dəvəti qəbul edib.
Əminəm ki, son nıəticədə Rusiya da bu layihəyə qoşulacaq”, - Uitkoff vurğulayıb.