Icma.az
close
up
RU
CNBC: “Uitkoff Putinlə görüşəcək”

CNBC: “Uitkoff Putinlə görüşəcək”

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, Amerika liderinin xüsusi nümayəndəsi “CNBC” telekanalına müsahibəsində Rusiyanın belə görüş keçirmək istədiyini bildirib.
Stiven Uitkoff həmçinin Rusiya-Ukrayna müharibəsinin həllində “böyük irəliləyişin” olduğunu da iddia edib.
“Ukraynalılar deyirlər ki, biz son bir neçə ildə gördüklərindən daha çox irəliləyiş əldə etmişik. Biz Cenevrə görüşündən sonra bu irəliləyişə nail olmuşuq. Beləliklə, son altı həftədə əhəmiyyətli irəliləyiş var”, - amerikalı məmur deyib.
Bununla belə Uitkoff ərazi məsələsinin əsas maneə olaraq qaldığını, lakin sülh planının 90%-dən çox hissəsinin razılaşdırıldığını söyləyib.
“Sülh Şurası” Putinə görə iflasa uğraya bilər Donald Trampın xüsusi nümayəndəsi ABŞ-nin həm Rusiya, həm də Ukraynaya “Sülh Şurası”na daxil olmağı təklif etdiyinə və hər iki tərəfin razılığını gözlədiyinə də diqqət çəkib.
- Hər şey əla gedir. Biz dünya liderlərindən böyük reaksiya aldıq. Düşünürəm ki, 20, bəlkə də 25 dünya lideri artıq dəvəti qəbul edib. Əminəm ki, son nıəticədə Rusiya da bu layihəyə qoşulacaq”, - Uitkoff vurğulayıb.
“Bloomberg” agentliyinə müsahibəsində xüsusi nümayəndə Moskvaya Amerika prezidentinin kürəkəni Cared Kuşnerlə birlikdə gələcəyini, sonra isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaqlarını açıqlayıb.
Bu arada Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “TASS” agentliyinə Rusiya prezidentinin yanvarın 21-də Stiven Uitkoffla görüşməyi planlaşdırdığını təsdiqləyib. Bundan əvvəl Peskov belə görüş barədə məlumat olan kimi , mətbuata xəbər veriləcəyini bildirmişdi.
Yeri gəlmişkən, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın “Qəzzada Sülh Şurası”na qoşulmaq üçün dəvət göndərdiyi ölkələrin əksəriyyətinin bu layihədə iştirakdan imtina etdiyini yazıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri