Coğrafiya İnstitutu: Azərbaycanda fevral ayına qədər havaların soyuması, yağıntıların artm…
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Havaların ötən illərlə müqayisədə bu il tez soyuması “Cənub ossilyasiya indeksinin” müsbət fazası olan “La-Nino”nun aktivləşməsi ilə əlaqədardır”.
Bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik H.
Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
O bildirib ki, hansısa ərazidə hava şəraitinin, o cümlədən hava temperaturunun dəyişməsi bir çox səbəblərlə əlaqədar ola bilər: “Bu daha çox hava kütlələrinin hərəkət xarakteri ilə əlaqəlidir.
İndiki şəraitdə soyuqların bir qədər tez düşməsi Ümumdünya Meteoroloji Təşkilatının və dünyanın bir çox proqnoz mərkəzlərinin verdiyi məlumatlara əsasən "La-Nino" hadisəsinin aktivləşməsilə bağlıdır.
“La-Nino” Sakit okeanın ekvatorial hissəsində müşahidə olunan "Cənub ossilyasiya indeksinin" müsbət fazasıdır.
Onun mənfi fazası isə “El-Nino” hadisəsi adlanır. "Cənub ossilyasiya indeksi” Sakit okeanın şərqində yerləşən Darvin adası və qərbində yerlə
Tam oxu
Xəbəri oxu