Coğrafiya İnstitutunun illik hesabatı dinlənilib AZƏRTAC | Icma.az
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İlk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının böyük miqyaslı şəbəkə xəritəsi tərtib edilib Bakı, 27 dekabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutun Elmi şurasının iclasında müəssisənin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
AZƏRTAC xəbər verir ki, Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov müəssisənin fəaliyyəti haqqında hesabatı təqdim edib.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar görülmüş işlər barədə məlumat verən institut rəhbəri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının yerinə yetirilməsi üzrə 4 kitabın (“Ağdam inzibati rayonunun coğrafiyası: təbii şərait və sosial-iqtisadi inkişaf potensialı”, “Qarabağ iqtisadi rayonunda demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri”, “Qarabağ iqtisadi rayonunun turizm və rekreasiya potensialı”, “Qarabağ iqtisadi rayonunun qədim yurd yerləri və toponimlərinin izahlı lüğəti”, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası Dövlət Proqramının” yerinə yetirilməsi üzrə “Azərbaycan Respublikasının sosial-demoqrafik inkişafı və məşğulluq problemləri”) hazırlanaraq nəşr edildiyini diqqətə çatdırıb.
Bildirilib ki, 2024-cü ildə əməkdaşlar öz elmi fəaliyyətlərini 2 problem - Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıblar.
Elmi-tədqiqat planına uyğun olaraq 16 mövzu, 17 iş və 7 mərhələdən cari ilin sonunda 1 mövzu, 4 iş və 3 mərhələ yerinə yetirilib.
Əldə edilən elmi nəticələrdən danışan professor qeyd edib ki, ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının böyük miqyaslı (100 000) rəqəmsal landşaft-ekoloji şəbəkə xəritəsi tərtib edilib, struktur-idarəetmə modeli təklif olunub və ekoloji şəbəkənin əsas elementləri (nüvə, ekoloji dəhliz, şirin su ekosistemləri, təbii və süni meşə ekosistemləri, təbii abidələr) müəyyənləşdirilib.
Qeyd olunanlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun dayanıqlı ekosistemlərin təşkilinə və idarə edilməsinə imkan verəcəkdir.
Tam oxu
Xəbəri oxu