Icma.az
close
up
RU
Coğrafiya İnstitutunun illik hesabatı dinlənilib AZƏRTAC

Coğrafiya İnstitutunun illik hesabatı dinlənilib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının böyük miqyaslı şəbəkə xəritəsi tərtib edilib

Bakı, 27 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutun Elmi şurasının iclasında müəssisənin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

AZƏRTAC xəbər verir ki, Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov müəssisənin fəaliyyəti haqqında hesabatı təqdim edib. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar görülmüş işlər barədə məlumat verən institut rəhbəri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının yerinə yetirilməsi üzrə 4 kitabın (“Ağdam inzibati rayonunun coğrafiyası: təbii şərait və sosial-iqtisadi inkişaf potensialı”, “Qarabağ iqtisadi rayonunda demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri”, “Qarabağ iqtisadi rayonunun turizm və rekreasiya potensialı”, “Qarabağ iqtisadi rayonunun qədim yurd yerləri və toponimlərinin izahlı lüğəti”, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası Dövlət Proqramının” yerinə yetirilməsi üzrə “Azərbaycan Respublikasının sosial-demoqrafik inkişafı və məşğulluq problemləri”) hazırlanaraq nəşr edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, 2024-cü ildə əməkdaşlar öz elmi fəaliyyətlərini 2 problem - Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıblar. Elmi-tədqiqat planına uyğun olaraq 16 mövzu, 17 iş və 7 mərhələdən cari ilin sonunda 1 mövzu, 4 iş və 3 mərhələ yerinə yetirilib.

Əldə edilən elmi nəticələrdən danışan professor qeyd edib ki, ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının böyük miqyaslı (100 000) rəqəmsal landşaft-ekoloji şəbəkə xəritəsi tərtib edilib, struktur-idarəetmə modeli təklif olunub və ekoloji şəbəkənin əsas elementləri (nüvə, ekoloji dəhliz, şirin su ekosistemləri, təbii və süni meşə ekosistemləri, təbii abidələr) müəyyənləşdirilib. Qeyd olunanlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun dayanıqlı ekosistemlərin təşkilinə və idarə edilməsinə imkan verəcəkdir.

Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmanın prioritet istiqamətlərinə gəlincə, 30 ildən çox müddətdə regionun çox hissəsi işğal altında olub, əhali məcburi köçkün vəziyyətində yaşayıb. Ona görə demoqrafik göstəricilər qiymətləndirmə xarakterli olub, onların nizamlanmasında çətinliklər qarşıya çıxıb. Ölkədə olduğu kimi iqtisadi rayonda da demoqrafik göstəricilərin dinamikasında dövrilik müşahidə edilir. XX əsrin 90-cı illərindən başlanan azalmalar 2005-ci ilə qədər davam edib, 2005-2016-cı illərdə yenidən müşahidə edilən artım bu dövrdən sonra geriləyib. Hazırda da çox aşağı kəmiyyətlər səciyyəvidir.

Qeyd olunub ki, günəş panellərinin ani, günlük, aylıq, mövsümlük, yarımillik, illik və hər hansı zaman aralığı üçün optimal istiqamətini təyin edən proqram paketi hazırlanmaqdadır. Bu proqram paketi mürəkkəb topoqrafiyaya malik və təmiz enerji istifadəsinin xüsusi önəm kəsb etdiyi yüksək turizm potensialına malik dağlıq ərazilərdə, o cümlədən işğaldan azad edilmiş Qarabağ bölgəsində Günəş panelinin optimal istiqamətini təyin etmək üçün tətbiq edilə bilər.

Şərqi Zəngəzur iqtisadi rayonunun landşaft-iqlim şəraiti və kurort-rekreasiya ehtiyatları elmi mənbələr əsasında araşdırılıb, regionun tarixi-mədəni irs nümunələri və onların dəqiq koordinatları müəyyən edilməklə ümumiləşdirilərək ArcCİS proqram təminatı vasitəsilə məlumat bazası yaradılıb və son nəticə kimi “Şərqi Zəngəzur iqtisadi rayonunun turizm xəritəsi” tərtib edilib. Xəritə əsasında regionda təbii turizm, macəra turizmi, idman turizmi, bioturizm, ekoturizm, müalicə turizmi kimi turizm növlərini inkişaf etdirmək mümkündür.

Coğrafiya İnstitutunda “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Coğrafiyanin müasir problemləri: elm və təhsilin inteqrasiyası” adlı 2 beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Qeyd edilib ki, cari ildə institut əməkdaşları tərəfindən “Coğrafiya və təbii resurslar” jurnalının 2 nömrəsi, 8 monoqrafiya, 2 dərslik, 2 dərs vəsaiti nəşr edilib. 2024-cü ildə institut əməkdaşları tərəfindən 90-ı xaricdə, 27-si impakt-faktorlu olmaqla, 217 elmi məqalə, 6 tezis çap olunub. Qrantlar əsasında 4 elmi-tədqiqat işi yerinə yetirilib, 2-si üzərində iş davam edir.

İnstitutda fəlsəfə doktoru hazırlığı üzrə 24 doktorant, 4 dissertant, elmlər doktoru hazırlığı üzrə 10 dissertant təhsil alır.

İnstitutun beynəlxalq əlaqələrindən söz açan professor cari ildə elmi əməkdaşlığa dair 6 memorandumun imzalandığını diqqətə çatdırıb. Rusiya, Qazaxıstan, Polşa alimləri elmi seminarlarda məruzələrlə çıxış ediblər, institut əməkdaşları konfrans, forum və müxtəlif digər elmi tədbirlərdə iştirak etmək üçün Almaniya, Gürcüstan, Çin, Rusiya, Rumıniya, Qazaxıstan və s. kimi ölkələrdə olublar.

Məruzəçi elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı, elektron elmin vəziyyəti, qrant layihələrinin yerinə yetirilməsi, institutun veb-saytının elmin təbliği istiqamətindəki fəaliyyəti və s. haqda ətraflı məlumat verib.

Kütləvi informasiya vasitələri ilə əlaqələrdən danışarkən müəssisə rəhbəri qeyd edib ki, coğrafiya həyatın əksər sahələrini əhatə etdiyindən ölkədə baş verən iqtisadi, siyasi, sosioloji, ekoloji proseslərə, tez-tez və ya nadir hallarda baş verən təbiət hadisələrinə mətbuatda aydınlıq gətirilməsi Coğrafiya İnstitutu əməkdaşları tərəfindən artıq ənənə halını alıb. Belə ki, hesabat ilində institut alimləri COP29, iqlim dəyişikliyi, Xəzərin problemləri (tərəddüdü, çirklənməsi, suyunun azalması), demoqrafik problemlər, yaşıl enerji, təhlükəli təbiət hadisələri, içməli su problemi, çayların quruması, işğaldan azad edilmiş ərazilərimizin təbii şəraiti, coğrafi resursları, sosial-iqtisadi vəziyyəti, yenidənqurma, bərpa işləri və s. mövzularda mətbuatda 368 sayda müsahibə, çıxış, məqalə ilə iştirak ediblər.

İclasda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb və təkliflər dinlənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri