COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib | Icma.az
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
20 noyabr tarixində COP 29 çərçivəsində 'City for People in Baku: Transforming Urban Spaces for a Sustainable Future' (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcək Naminə Şəhər Məkanlarının Dəyişdirilməsi) şuarı altında tədbir baş tutub.
Tədbirdə AYNA-nın sədr müavini Heydər Rüstəmov, Bakıda mövzuya aid sahədə görülən işlər, ekosistemin sağlamlığının təkmilləşdirilməsi və şəhərin davamlılıq namin həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat verərək açılış nitqi ilə çıxış edib.
Həmçinin, nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, 'City for People' konsepti ilə bağlı fikirlərini bölüşüb.
Tədbirin davamı olaraq, Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi məqsədilə keçirilən tədbirlər barədə məlumatlar təqdim olunub və panel sessiyasında müzakirə edilib.
Bolt şirkətinin Azərbaycandakı səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov qeyd edib ki, “Bolt mikromobillik, xüsusilə velosiped və skuter yolları üçün rahat və təhlükəsiz infrastruktur yaratmaq məqsədi ilə əməkdaşlıqları genişləndirir.
Həmçinin, 2024-cü ilin iyul ayından başlayaraq, Bolt-un bütün Avropada elektrikli avtomobilləri yaymaq üçün hədəfli planının bir hissəsi olaraq Bakının küçələrinə yeni avtomobillər əlavə edilib.
Ümumilikdə Azərbaycanda 700-ə yaxın elektrikli avtomobil fəaliyyət göstərir.
Tam oxu
Xəbəri oxu