Icma.az
close
up
RU
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib

COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

20 noyabr tarixində COP 29 çərçivəsində 'City for People in Baku: Transforming Urban Spaces for a Sustainable Future' (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcək Naminə Şəhər Məkanlarının Dəyişdirilməsi) şuarı altında tədbir baş tutub.

Tədbirdə AYNA-nın sədr müavini Heydər Rüstəmov, Bakıda mövzuya aid sahədə görülən işlər, ekosistemin sağlamlığının təkmilləşdirilməsi və şəhərin davamlılıq namin həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat verərək açılış nitqi ilə çıxış edib. Həmçinin, nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, 'City for People' konsepti ilə bağlı fikirlərini bölüşüb.

Tədbirin davamı olaraq, Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi məqsədilə keçirilən tədbirlər barədə məlumatlar təqdim olunub və panel sessiyasında

müzakirə edilib. Bolt şirkətinin Azərbaycandakı səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov qeyd edib ki, “Bolt mikromobillik, xüsusilə velosiped və skuter yolları üçün rahat və təhlükəsiz infrastruktur yaratmaq məqsədi ilə əməkdaşlıqları genişləndirir. Həmçinin, 2024-cü ilin iyul ayından başlayaraq, Bolt-un bütün Avropada elektrikli avtomobilləri yaymaq üçün hədəfli planının bir hissəsi olaraq Bakının küçələrinə yeni avtomobillər əlavə edilib. Ümumilikdə Azərbaycanda 700-ə yaxın elektrikli avtomobil fəaliyyət göstərir. Artıq qeyd edə bilərik ki, aylıq attraksionların 1%-i elektrikli nəqliyyat vasitələri (EV) tərəfində həyata keçirilir. AmCham Heyətinin icraçı direktoru Gülnarə Aslanbəyli, davamlılıq mövzusunda verilən tövsiyələri bölüşərək, EV-in ƏDV və idxal rüsumlarından tam azad edilməsi, 3000 enerji doldurma stansiyasının yaradılması və mühüm hədəf olaraq 2030-cu ilədək avtobus parkının 30%-nin elektrikləşdirilməsi barədə məlumat verib. Mövzunun davamı olaraq, KPMG şirkətinin hüquq departamentinin rəhbəri və direktoru Seymur Niftaliyev 2024-cü il ərzində mobilliyin inkişafına dair bir neçə tənzimləyici dəyişiklik, o cümlədən yeni parking sistemi ilə tanışlıq, taksi və taksi sürücülərinə dair yenilənmiş tələblər, elektrik avtomobillərin istifadəsi haqqında danışıb.

Görüşün sonunda, xüsusi qonaq olaraq dəvət olunan, Bakıya 6500 km-dən çox məsafəni velosipedlə qət edən COP 29 velosiped sürmə komandasının üzvü Giyem Otraj (Guillaume Otrage, COP29 Bike Team) davamlılıq mövzusunda və iqlim dəyişiklikləri ilə bağlı düşüncələrini bölüşüb.

Qeyd edək ki, panel sessiyası Bolt şirkətinin Dövlət siyasəti üzrə rəhbəri Paşayeva Maarifə tərəfindən aparılıb.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see136

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see115

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see115

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri