COP 29un prezidentinə müraciət edildi | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkəmizin ev sahibi olduğu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan tarixində daha bir şanlı səhifədir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ata-baba torpaqlarımız 30 illik işgaldan sonra erməni qəsbkarların əlindən azad edildi.
Elə başa düşürəm ki, Qarabag Zəfərindən sonra COP29-un ölkəmizdə keçirilməsi daha bir möhtəşəm qələbədir.
Çünki bu böyük dünyəvi tədbirin ölkəmizdə keçirilməsinin qarşısını almaq üçün bütün "demokratik" dövlətlər mane olurdular.
Ölkəmizin ədalətli mövqeyi, Möhtərəm Prezidentimizin qüdrətli, siyasi və haqlı revanşları mühüm rol oynadı.
Ölkəmiz bir daha təsdiq etdi ki, o yalnız özünü yox, bütün dünyanın taleyini düşünür.
Dünya dövlətləri də ölkəmizin məsuliyyətini dərk etdilər və çagırışımıza müsbət cavab verdilər.
Tam oxu
Xəbəri oxu